Tarixinin ən parlaq zəfərini çaldı Qalib Ordumuz!

2021-03-29 Baxış: 787
img

              Ordu xalqın vuran qolu, görən gözüdür. Ordumuz ürəyimizin qanıdır, canımızın taqətidir. Biz, Azərbaycan ordusu  ilə  fəxr edirk. Fəxr edirik, yurdumuzu azad edən, mənfur düşməndən talan edilmiş ocaqlarımızın, ellərimizin, şəhid edilmiş soydaşlarımızın intiqamını  alan Ordumuzla. Bu XXI əsrin ən müzəffər, ən parlaq “Zəfər Çalan” Qalib Azərbaycan Ordusudur. Onun hər  addımında  Şəhidlər ruhu vardır. Onun hər səsində, sədasında haqq işinə inamı, güvənci, əsir ellərinin nisgili vardır. Necə məğrur dayanmısan, can Vətən! Daim belə ucalasan cahanda. Oğulların can qurban eyləmiş, təki abad olsun torpağım, gülsün körpələr deyə. Məkanınız behişt olsun qəhrəman qardaşlarım! Sayənizdə ucaldı Vətən, sayənizdə bütövləşdik! Bu zəfər son qərinədə Azərbaycan dövlətçilik  tarixinin ən layiqli cavabı, onun  doğruluğunun təsdiqi, yürütdüyü  siyasətin, dözümünün, səbrinin  son  anda verdiyi qətiyyət idi. Bu artıq nida idi. Biz qayıdırıq! Biz  öz ellərimizə qayıdırıq. Babaların məzarına, nənələrin intizar ruhuna, yamacların qan altında incik qalan çiçəyinə, dağlarının məğrur baxan qüdrətinə, boş qalan o yurdlara qayıdırıq. Biz, Şuşamıza qayıdırıq. Kəlbəcərə, Laçınımıza qayıdırıq. Füzulidən, Qubadlıdan, Xocavənddən, Zəngilandan kəsilən ayaq izimizə qayıdırıq. Suqovuşandakı sərvətimizə, Azıxdakı tariximizə qayıdırıq. Nə gözəldir bu Novruz günlərində Şuşada tonqalın alovunu seyr etmək. Lakın, həzin bir nisgil göynədir ruhumuzu, səmalardan süzülür haqqın dərgahına qalxan Şəhidlərin nəfəsi. Ocağın daim gür yansın Vətən! Sən ərənlər məskəni, sən qəhrəmanlar oylağı, sən mərdlərin  cəng  meydanısan, gözəl yurdum. İntizarda  qalan ellərimiz  azaddır  bu gün. Şükür olsun,Yaradana, zəfər yolun oyadana. Nə gözədir, bu bahar günlərində, hər açılan səhərdə yurdumuzu abad görmək, azad  görmək. Əbədi olsun xalqımızın bu parlaq zəfəri. Hər il Novruz bayramında xalqımızın bir arzu, bir istəyi səslənirdi: “O gün olsun torpaqlarımız azad edilsin, həmin yurdlarda yandıraq tonqalımızı, açaq bayram süfrəsini” - deyirdilər. Bəli,  gün o gündür, azaddır  ellərimiz. Artıq  bütün  istiqamətlərdə  yeni quruculuq işləri davam edir,  ruh  yüksəkliyi, cəsarətli bir inam var hər birimizin qəlbində. Biz haqq işimizə qalib olaraq qovuşmuşuq. Biz bu haqqımıza, bu ədalətin bərpasına “dəmir yumruq” olaraq çatmışıq. Bu bizim mərd anaların öyüdü  ilə böyüyən, Ali Baş Komandanın dərin, düşünülmüş siyasətinə inanaraq irəliləyən, inadını, cəsarətini, bütün gücünü “Öncə Vətən” deyərək, çağırış edən Azərbaycanımızın mərd oğullarının sayəsində mümkün olmuşdur. Yaşasın müzəffər Azərbaycan Ordusu! 2020-ci ilin  44 günlük Vətən müharibəsi müasir Azərbaycan və dünya tarixində dərin iz qoyan  bir haqq səsi olmuşdur. Dünya bir daha eşitdi ki, “QARABAĞ AZƏRBAYCANDIR!” Eşit, dünya, bu qalib Ordumuzun güçü, qüdrətidir. Bu xalqımızın həmrəylik səltənətidir.Biz bir xalq olaraq bu parlaq zəfərimizin əbədiliyi üçün “dəmir yumruq” birliyimizi hər an, hər saat daha da möhkəmləndirəcəyik, ordumuza arxa kömək olaraq həmrəy səsimizi dünyaya catdıracağıq. Yaşasın Azərbaycan Ordusu, var olsun VƏTƏN!

 

Bədirə Niftəliyeva

Neftçala rayon ziyalısı