Neftçalada qohumuna atəş açan şəxs saxlanılıb

2021-04-09 Baxış: 1333
img

Neftçala rayonunun Həsənabad qəsəbə sakini S.Ağayevdən müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi götürülmüşdür.


MAYAKİNFO xəbər verir ki, Aprelin 8-də Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Ağayev qohumu Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Abasov istiqamətində ov tüfəngindən havaya atəş açmışdır. Xəsarət alan olmamışdır.

Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Ağayev saxlanılmış və ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ” markalı ov tüfəngi götürülmüşdür. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır.