Tarixdə "erməni soyqırımının" olduğunu təsdiq edən heç bir fakta rast gəlinməyib
ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi heç bir tarixi fakta və dəlilə əsalanmır. Saxta bir tarixə bu cür yanaşmanın heç cür hüquqi nəticələri ola bilməz və olmayacaqdır. Bu bölgədə tamamilə müstəqil siyasət yürüdən, qısa müddətdə güclü regional oyunçu kimi özünü təsdiq edən qardaş Türkiyəyə siyasi təzyiq cəhdidir.
Bu cür addımlar Türkiyə kimi böyük tarixə malik bir ölkəni öz yolundan döndərə bilməz. "erməni soyqırımı" oyunu uzun illərdir ki, ABŞ siyasi elitasının əlində Türkiyəyə təzyiq vasitəsinə çevrilib. Saxta “erməni soyqırımı” da, demokratiya, insan haqları, söz və mətbuat azadlığı imitasiyaları kimi ABŞ və digər ermənipərəst ölkələrin başqa ölkələr üçün təzyiq aləti olduğunu sübut etdi. Baydenin bu ifadəni işlətməsinin hansısa hüquqi nəticələr doğurması mümkün görünmür. Bayden tərəfindən 1915-ci il olaylarına “erməni soyqırımı” adlandırılması qərəzli və acizlik anlamında olmaqla, ABŞ-ın dövlət siyasətinin müstəqil deyil, erməni lobbisinin təsiri altında olmasına sübutdur.
Tarixdə "erməni soyqırımının" olduğunu təsdiq edən heç bir fakta rast gəlinməyib əksinə ermənilər özləri dəfələrlə türk xalqlarına qarşı tarixdə analoquna az təsadüf olunan soyqırımlar törədiblər. 1918-ci ildə baş verən azərbaycanlılara qarşı 31 Mart soyqırımı, 1992-ci ildə törədilmiş Xocalı soyqırımı var. Lakin çox təəssüf ki, dünyanın bir çox dövlətləri bu dəhşətli faktları görməzdən gəlir. 29 il bundan əvvəl baş vermiş və ABŞ-ın da bəzi ştatlarının soyqırım kimi tanıdığı Xocalı faciəsinə qiymət verməyərək, 106 il bundan öncə erməni faşistlərinin uydurduqları saxta olaylara münasibətin bildirilməsi yol verilməzdir. Bu bir daha sübut edir ki, qondarma "erməni soyqırımı" bəzi dövlətlərin əlində sadəcə siyasi maraqlarını həyata keçirmək üçün istifadə etdikləri vasitədir.
Türkiyə regionda sülhün və sabitliyin təmin olunmasında son dərəcə əhəmiyyətli rol oynayan vacib dövlətdir. Bu cür açıqlamaları mahiyyət etibarilə regionda əməkdaşlıq mühitinin yaradılmasına da mənfi təsir göstərə bilər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması Türkiyənin də fəal iştirakı ilə regionda bütün kommunikasiyaların açılması, iqtisadi əlaqələrin bərpası istiqamətində bəzi addımlar atılmağa başlamışdı. Lakin Baydenin açıqlaması Ermənistanda əməkdaşlıq təşəbbüslərinə qarşı müqavimətin artmasına xidmət edə bilər.Görünür, ABŞ siyasi elitasında bu reallığı düzgün qiymətləndirə bilməyən dairələr var.
Prezidentimiz cənab İlham Əliyevin Co Baydenin bu yanaşmasını tarixi səhv adlandırması bəzi ölkələrin riyakar yanaşmasına münasibət olmaqla bərabər, həm də Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının ifadəsidir. Heç bir qüvvə Azərbaycan-Türkiyə dostuluğunu və qardaşlığını poza bilməz. Bu birliyin gücü keçən il 44 günlük Vətən müharibəsində qazandığımız ZƏFƏRlə dünyaya nümayiş olundu. Biz birlikdə güclüyük.
Digər xəbərlər