Haqqın divanı... Şuşanın və oradakı abidələrin bərpası, orada təşkil olunan tədbirlər hər bir azərbaycanlıya Şuşanın yenidən, təkrar alınması təsiri bağışlayır.
2021-05-16
Baxış: 402
“Biz Şuşaya qayıtmışıq, əbədi Qayıtmışıq! Şəhərə hakim olan bina məscid binası olmalıdır və bu şəhərin yuxarı hissəsində yerləşməlidir” deyən Dövlət başçımız bütün türk müsəlman adətlərinə sadiqliyini nümayiş etdirir. “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” Ümummilli lider Heydər Əliyev Şuşanın ölkəmiz üçün dəyərini belə ifadə etmişdir. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir. Hələ 44 günlük muharibənin ilk günlərində Prezident İlham Əliyev belə bir ifadə işlətmişdi “Şuşasız bizim işimiz yarımçıq qalar”. Qarabağ torpaqlarının o cümlədən Şuşanın bizim üçün niyə bu qədər önəmli olduğunu Almaniyanın “ARD” kanalının müxbirinin “Nəyə görə Qarabağ Azərbaycan üçün bu qədər önəmlidir? Orada resurslar var, yoxsa bu bir rəmzi məna daşıyır?” sualına cavabında hər bir vətənpərvər azərbaycanlı üçün qəlbindəki ruhla, sevgi və arqumentlə izah etmişdi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir Bu resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu beynəlxalq hüquq məsələsidir.”Prezident İlham Əliyevin bütün çıxışlarında özünə mühüm yer tutan məqam Şuşadakı maddi-mədəniyyət nümunələrinə, məscid və abidələrimizə qarşı törədilmiş insanlıqdan kənar hərəkətlər, tarixə olunan hörmətsizlik oldu. Ölkə rəhbəri olaraq Azərbaycan tarixinin istənilən məqamını gözəl bilən, 44 günlük müharibənin gedişində diplomatik müstəvidə apardığı mübarizəsində, xüsusilə Qarbağ ərazisindəki tarixi abidə və məscidlərin, Şuşa şəhərindəki maddi-mədəniyyət nümunələrinin dağıdılmasını undulmayan tarix adlandıran Prezident, bundan sonrakı fəaliyyətində məhz tarixin bərpası ilə daha çox məşğul olacağını dəfələrlə vurğulayır. Mədəniyyət adbidələrinə və məscidlərə xüsusi hörmət və ehtiramını Prezident İlham Əliyevin hər dəfə işğaldan azad olunmuş torpaqlara səfərində açıq-aydın görürük. Vaqifin məqbərəsinin təcili olaraq yenidən qurulması, Gövhər ağa məscidinin, eləcə də digər tarixi abidə və binaların bərpası işini sürətləndirən Dövlət başçımız bütün dünyaya işğaldan azad olunmuş torpaqlarda Ermənistandan fərqli olaraq Azərbaycanın nə qədər iddialı olduğu mesajını ötürür. Nəhayət Ramazan bayramı günlərində Şuşada təşkil olunmuş “Xarıbülbül” Musiqi festivalı və orada Prezidentin çıxışı hər bir azərbaycanlıya sanki Şuşanı bir də aldıq təsiri bağışladı. Bir daha dünyaya subut etdi ki, Azərbaycan hər cür siyasi oyunlardan və islamafobiyadan uzaq ölkə olmaqla bərabər, ona qarşı düzgün addım atmayan, yersiz siyasi mövqe tutan hər hansı ölkəyə Dəmir yumruqla cavab verə biləcək qədər qüdrətə sahibdir. Daha kövrək və unudulmaz məqam Festivalın açılışında Dövlət başçısının “Biz bu günü qəhraman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı” deyərək Musiqi festivalının şəhidlərin əziz xatirəsinə həsr olunduğunu bildirdi. Beləliklə növbəti dəfə şəhid, qazi və hərbçilərimizə, onların ailələrinə hörmət və ehtiram nümunəsi göstərdi.
Fərqanə Ağalarova
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər
2021-11-04
2023-04-18