İki qardaş dövlət olan Azərbaycan və Türkiyə dövlətləri arasında qurulan iqtisadi və siyasi əlaqələrin inkişaf səviyyəsi regionda əbədi sülhün bərqərar olmasına və hərtərəfli tərəqqiyə mühüm töhfələr verir

2021-05-31 Baxış: 583
img

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bu gün hər an inkişaf etməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Hər iki xalq hər zaman bir-birinin yanında olub. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən şərəflə inkişaf etdirilir. Həyata keçirilən səylər qardaş Türkiyə ilə münasibətlərimizi bu yə qaldırmışdır. 44 günlük Vətən Müharibəsi zamanı qardaş Türkiyə istər hərbi, istərsədə siyasi müstəvidə hər an Azərbaycanın yanında oldu.Qardaşlaşmış dövlətlərimiz arasında olan əbədi bağlılığın ən yüksək formatda olması göz qabağındadır.Bu gün bu münasiəbətlərin iqtisadiyyatın bütün sferalarına daşınması və əlaqələrin inkişafı iki dövlət qarşısında dayanan ən vacib amildir.Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın istər dekabr ayında hərbi parad zamanı, istərsədə yaxın günlərdə Bakıya gözlənilən səfəri iki ölkə arasında möhkəmlənməkdə olan əlaqələrin daha da perspektivli yönümdə inkişafına çox böyük müsbət töhvə verəcəyini qeyd etməliyik. Bu gün heç bir daxili nədə xarici bədniyyətli qüvvələr Azərbaycan-Türkiyə arasında olan isti münasibətlərə, qardaşlığımıza xələr gətirməyə cəhd belə edə bilməz.Hər iki dövlət rəhbərliyi çalışır ki, icra olunan layihələr daimi olsun.Azərbaycan və Türkiyənin həmfikir beynəlxalq müttəfiqləri iki qardaş dövlət arasında olan yaxınlaşmaları, atılan addımları, bağlanan ikitərəfli sazişləri alqışlayır və bu münasibətlərin möhkəmləndirilməsinə dərindən töhvə verməkdədirlər.Biz bütün dünyaya öz gücümüzü, ən yaxın partniyorluğumuzu, dostluğumuzu göstərməliyik. Bu gün yeni dünya düzənində türk dövlətləri arasında birlik və həmrəylik ən mühüm vacib amillərdəndir.Hamımıza çox aydın şəkildə bəllidir ki, bu gün Türkiyə dünya miqyasında güc mərkəzi kimi, bütün bölgələrdə çox əhəmiyyətli rol oynayır. Türkiyənin Cənubi Qafqaz regionunda bölgənin sabitliyi naminə oynadığı rol da çox əhəmiyyətlidir.Vətən Müharibəsinin ilk günlərindən Türkiyə Prezidenti rəsmi olaraq bəyanat verərək bildirdiki, Azərbaycan apardığı haqq savaşında yalnız deyil, Türkiyə sonadək istənilən sahədə Azərbaycanın yanındadır.Dünyanın güc mərkəzlərindən biri olan Türkiyə kimi bir nüfuzlu dövlətin belə bir bəyanatla çıxış etməsi dünyaya açıq mesaj idi.Bu gün hər iki dövlət arasında cəmiyyətin elə bir sahəsi yoxdur ki, həmin sahədə əməkdaşlıq qurulmasın.Biz gənc nəsil və gələcək nəsillər öz addımlarımızı, bu qardaşlığa uyğun atmalı və bir-birimizə olan sıx bağlılığımızı daha da möhkəmləndirməliyik.Hər bir Azərbaycanlı kimi məndə əminəm ki, hər iki qardaş dövlətlər arasında qurulan bu isti münasibətlər günü-gündən daha da möhkəmlənəcək və yüksələn temp üzrə inkişaf edəcəkdir.

Gülnaz Rüstəmova

Neftçala rayon sakini