Azərbaycan xalqı olaraq tariximizi mükəmməl öyrənməli və irsimizi gələcək nəsillərə sağlam təhvil verməliyik

2021-05-31 Baxış: 467
img

Azərbaycan qədim tarixə malik bir ölkədir. Eyni zamanda tarixə nəzər salsaq görərik ki, biz heç vaxt işğalçı ölkə olmamışıq. Lakin bəzi ölkələr tarixi faktları danaraq bizi işğalçı ölkə kimi tanıtmaq istəyirlər. Ancaq unudurlar ki, kimlərki, bu iddialarla çıxış edir, həmin ölkələr özləri işğalçı ölkələrdir. Tarixi faktlar saxtalaşdırıla bilməz. Bu gün ikili standartların hökm sürdüyü dünyada Azərbaycan kimi zaman-zaman işğala məruz qalmış dövlətlər bucür əsassız ittiham və böhtalarla üzləşir. Bu səbəbdən biz xalq olaraq onların bu istəklərinin reallaşmaması üçün səylə çalışmalıyıq. Bunun üçün biz tariximizi hərtərəfli və dəqiq faktlarla öyrənməliyik. Tarixini bilməyən millət azad ola bilməz və qazandığı azadlığı tez bir zamanda itirər.Vətən Müharibəsi bizim zülmə məruz qalmağımızın bariz nümunəsi idi. Bu müharibə bizə əzilməməyi, haqq yolunda irəliləməkdə davam etməyi öyrətdi. Bu gün biz Qarabağ müharibəsinin arxa cəbhəsində dayanan şahidlərik. Hər birimiz Qarabağ müharibəsinin baş vermə səbəblərini, bu səbəbi yaradan erməni ideologiyasını bizi dünyada günahkar kimi göstərmək istəyən ermənipərəstlərə bəyan etməyi bacarmalıyıq. Bunu bacarmaq və nail olmaq üçünsə tariximizi mükəmməl öyrənərək dünyaya reallıqları çatdırmalıyıq.Tariximizi öyrənməyi isə uşaq bağçalarından başlayıb, Ali təhsil ocaqlarına qədər davam etməliyik. Hər bir Azərbaycan vətəndaşı Vətənin azadlığı uğrunda qurban gedən şəhidlərimizin və qazilərimizin bədənlərinin müxtəlif hissələrindən keçəcək qədər Vətəni sevmələrinin sirrini öyrənməlidir. Bu proses hər an, hər dəqiqə inkişaf etdirilməlidir. Ata-babalarımızın bizə yadigarı olan Azərbaycanımızı gələcək nəsillərə daha mükəmməl səviyyədə ötürməliyik. Bu gün biz bunu cənab Ali Baş Komandan İlham Əliyevin timsalında qürurla izləyirik. Əminliklə deyə bilərəm ki, Azərbaycanın ən şərəfli, ən parlaq dövründə mənd əyaşadığım üçün çox xoşbəxtəm. Bu gün Dövlət başçımızın fəaliyyətini özümüzə örnək götürərək Vətənin keşiyində daim hazır durmalıyıq. Çünki Vətən bizim anamızdır. Ana isə namus, vicdan, həyat, nəfəsdir.

Zinyət Sadıqova

Neftçala rayon gənci