Azərbaycan-Türkiyə münasibətlərinin dünyada analoqu yoxdur.
Azərbaycanla qardaş Türkiyə arasındakı bütün əlaqələr kimi iqtisadi əlaqələrdə ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə hələ o zaman müəyyən işlər görülsə də, ikitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı baxımından 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətinə atılmış addımlar mərhələnin əsasını qoymuşdur. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi əhəmiyyət və tsrans-regional insranstruktur lahiyələrində fəal iştirakının nəticəsi olaraq iki qardaş ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional lahiyələr həyata keçirilmişdir. Bakı-Tblisi-Ceyhan neft kəməri, Bakı-Tblisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Trans Anadolu təbii qaz boru xətti (TANAP) kimi meqa lahiyələri bu baxımından ölkələrimiz üçün çox önəmlidir. Bu layihələrin reallaşması ilə ölkəmiz artıq xüsusilə Avropa üçün donor ölkəyə çevrilib. 2006 ci il tarixində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin, 2007-ci ildə Bakı-Tibilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması ilə Azərbaycanın dünya bazarına neft və qaz ixrac etmək imkanı əldə etdi. Və bu nailiyyət ölkələmizin imkanlarını daha da genişləndirildi. İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli TANAP lahiyəsi Türkiyə və Avropa birliyi ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəm daşıyır. 2018-ci ildə istismara verilən bu böyük layihə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrini daha da genişləndirməklə Ulu öndər Heydər Əliyevin vurğuladığı "Bir millət, iki dövlət" fikrini və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Azərbaycan və Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həmdə regionun ümumi tərəqqisinə mühüm töhfələr verir. Eyni zamanda türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amildən biri də məhz Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından keçir. Cənab Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: Türkiyə-Azərbaycan əlaqələri eyni zamanda bütün türk dünyası üçündə mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk. Bəli, hazırkı iqtisadi tərəfdaşlıq, hər iki dövlətin eyni zamanda region miqyasında nüfuzunun və iqtisadi gücünün artmasında əhəmiyyətli rol oynayır. Hər iki Ölkə Liderləri mövcud iqtisadi əlaqələrin inkişafı üçün çox böyük səy göstərir. Mövcud potensialın dəyərləndirilməsi hər iki ölkədə rəqabət sisteminin inkişafı, işsizliyin həlli, enerji təhlükəzliyinin təminatı kimi məsələlərdə böyük imkanlar qazandıra bilər. Hesab edirəm ki, Azərbaycan və Türkiyə Respublikalarının hərtərəfli münasibətlərinin bu gün ən üst səviyyədə inkişafı zamanla daha da güclənəcək və bu dostluq, qardaşlıq əbədi olacaqdır.
Gövhər Bağırova
Neftçala rayon sakini
Digər xəbərlər