Neftçalada qaydaları pozan sürücülər cərimələniblər

2021-06-09 Baxış: 1047
img

Neftçalada dayanma-durma qaydalarını pozan sürücülər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan Regional Qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə polis əməkdaşları profilaktik söhbətlər apararaq, onlara törətdikləri qayda pozuntularının yol hərəkəti iştirakçıları tərəfindən xoş qarşılanmadığını və sakinlərin haqlı narazılığına səbəb olduğunu çatdırıblar. Sürücülərə parklanma qaydalarını izah edən inspektorlar, bir daha qaydalara ciddi riayət etmələrini tapşırıblar.

Tədbirlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.