Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri əlaqələrimizin inkişafına mühüm töhfələr verəcək.

Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri
dekabrın 9-da başa çatıb. Bratislava şəhərinin Milan Ştefanik adına Beynəlxalq
Aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüş,
dövlətimizin başçısını Slovakiya Respublikası Prezidenti Aparatının rəhbəri
Peter Vodraşka və digər rəsmi şəxslər yola salmışlar.
Azərbaycanla
Slovakiya arasında strateji tərəfdaşlıq əlaqələrinin dərinləşməsi Avropada
formalaşan yeni geosiyasi düzən fonunda xüsusi əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyi,
müdafiə sənayesi və nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi həm
ikitərəfli münasibətlərin siyasi çəkisini artırır, həm də regionda sülh və
inkişaf perspektivlərini gücləndirir. Avropa İttifaqının enerji təhlükəsizliyi
xəritəsində Azərbaycan artıq strateji tərəfdaş kimi xüsusi yer tutur və
Slovakiya ilə əməkdaşlıq bu mövqeyi daha da gücləndirir.
Müdafiə
sənayesi üzrə tərəfdaşlıq da yeni mərhələyə keçir. Strateji tərəfdaşlıq çərçivəsində
siyasi koordinasiyanın güclənməsi Azərbaycanın Avropadakı mövqelərinə də müsbət
təsir edir.
Azərbaycan
kimi region lideri ilə əməkdaşlıq Slovakiyaya həm enerji təhlükəsizliyi, həm nəqliyyat
dəhlizlərində iştirak, həm də Mərkəzi Avropa ilə Cənubi Qafqaz arasında yeni
körpü qurmaq imkanı verir.
Yeni
geosiyasi reallıqlar fonunda Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı təkcə
ikitərəfli deyil, həm də Avropa üçün mühüm nümunəvi modeldir. Bu əməkdaşlıq
Avropa-Cənubi Qafqaz xəttində yeni siyasi yaxınlaşma mərhələsi yaradır və Azərbaycanın
Avropadakı strateji rolunu daha da gücləndirir.
Maya
Qənbərova,
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi.
Digər xəbərlər



