Vətən torpaqlarının qorunması, Vətən kəlməsini ifadə etdiyimiz andan gözlərimiz qarşısında canlanır
Bir qərinə
müddətində erməni qəsbkarlarının işğalı altında qalmış, onların təcavüzünə məruz
qalmış torpaqlarımızda hər nə varsa məhv edilmiş, yandırılmış, dağıdlmışdır.
Oğurlanmış sərvətimizin cavabı olaraq ermənilərə havadarlıq edən bəzi dövlətlər
də necə çirkin işlərin burulğanında olduqlarını
öz mövqeləri ilə göstərdilər və göstərməkdə davam edirlər. Lakin, buna baxmayaraq biz öz torpaqlarımızı Qəhrəman
vətən övladlarının rəşadəti
ilə geri qaytardıq. Bunu anlamayan mənfur düşmən təcavüzkar siyasətini davam edərsə,
əmin olsunlar ki, Ermənistanın paytaxtı daxil, tarixi yurd yerlərimizə qədər geri alacağıq.
Bu bizim müqəddəs amalımızdır...Sədaqəti
Şəhid qanıdır! Vətən torpaqlarının işğaldan azad edilməsi ilə qısa zaman müddətində həmin ərazilərdə
Ali Baş Komandanın şəxsən rəhbərliyi və
nəzarəti ilə bərpa-quruculuq işləri həyata
keçirilməyə başlanmışdır. Bu bir tərəfdən dövlətimizin öz siyasətinə
inamlı mövqeyi, digər tərəfdən illərlə həsrətində olan xalqımızın öz doğma ocaqlarına
qayıtmaq istəyinin təzahürüdür. Quruculuq işlərinin ən yüksək sürət
və templə həyata keçirilməsi, ən əsası
isə ölkə başçısı cənab İlham Əliyevin dəfələrlə hər bir
işğaldan azad edilmiş rayona səfərlər etməsi–bu torpaqlarda bir daha yad nəfəs olmayacağına
təminat verməkdədir. Bu yerlər əzəli Azərbaycan
torpağıdır. Biz illərlə “incidilmiş”
ocaqlarımızın yenidən bərpası üçün, əbədi sülh üçün canımızla çalışacağıq,
bütün sahələrdə... Vətən məvhumunun anlaşılmasında çox cəhətlər vardır. Onların
ən ilkin qayəsi isə doğmalıqdır. Doğma Vətən, isti ana qucağı. Səndən ötrü necə oğulların Şəhadətə ucaldı. Və bu gün
hər qarış azad ocaqlarda aparılan quruculuq işləri
şəhidlərimizin ruhuna dinclik verir.Biz buna
inanırıq. Çünki onların müqəddəs amalı idi Vətəni azad görmək... Bərpa-quruculuq işləri bu
günün vacib, şərtləndirilmiş, həyata keçirilməsi zərurət tələb edən işlərdəndir. İllərlə ayrı düşən, öz doğma elinə ayaq basıb
torpağını öpmək istəyən soydaşlarımız intizarla gözləməkdədir. Heç nədən, heç
kimdən qorxusu olmayan Azərbaycan xalqı bərpa-Quruculuq işləri ilə fərəhlənir.
Vətən müharibəsində qanı-canı ilə döyüşən
övladlarının qazandığı əbədi uca Zəfərini daim qoruyacağını bir an belə unutmur! Quruculuq işlərinin getdikcə
genişləndirilməsi Azərbaycanı sevməyən
ölkələrdə çaxnaşma yaratmaqdadır. Lakin bütün bu mənfi yanaşmalar bizim uzaqgörən
siyasətimizə, müqəddəs quruculuq işlərinin reallaşdırılmasına mane ola bilməyəcəkdir. Bu
gün Ağdam, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarının
hər birində tikinti-quruculuq iləri
davam etdirilir. Onlardan biri də Zəngəzur dəhlizinin bərpası uğrunda aparılan
işlərdir ki, bu işlər də gələcəkdə öz əhəmiyyəti ilə seçiləcəkdir. Ölkə başçısı
dəfələrlə demişdir ki, “Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox
böyük rolu olacaqdır”. Cənab Prezident İlham
Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın bu günlərdə Kəlbəcər və Laçın rayonlarına səfər etmələri,
təməlqoyma mərasimlərində iştirak etmələri, yeni layihələrin gələcəkdə daha çox
olması haqqında təsəvvürləri genişləndirmişdir. Biz inanırıq ki, Azərbaycan xalqının mərd oğullarının
qanı ilə azad edilmiş torpaqlarımızda bu
bərpa-quruculuq işləri davamlı olaraq həyata keçiriləcəkdir. Düşmən təkcə mənfur
siyasətində deyil, Azərbaycanın cəsur
oğulları qarşısında da əbədiyyən
məğlubiyyət kürsüsündə olacaq,
bir da bu yerlərə ayaq basa bilməyəcəkdir.
Yaşasın güclü Azərbaycan. Var olsun Azərbaycanımızı sevərək yaşadan oğullar.
Bədirə Niftaliyeva
Neftçala rayon sakini, ziyalı, yazar
Digər xəbərlər