30 il davam edən beynəlxalq riyakarlığa Azərbaycan özü son qoydu!
2021-09-26
Baxış: 417
Bu gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ölkəsi olaraq tanınır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət milli-mədəni irsin qorunub saxlanmasına, etnik azlıqlar da daxil olmaqla bütün vətəndaşların hüquq və azadlıqlarının təmin olunması prinsipinə əsaslanır. Etnik azərbaycanlılara qarşı törədilmş soyqırımlardan sonra monoetnik dövlətə çevrılmiş Ermənistanda isə bu gün az sayda yaşayan yəzdi kürdləri daim sıxışdılılır, dini hissləri tapdanır. Ermənistan sanki onlardan girov olaraq istifadə edir. XX əsrin sonlarından yeni qüvvə ilə meydana çıxaraq türk kökənli xalqlara nifrət ruhunda bəslənmiş erməni faşizmi Başlıbel, Ağdam, Bağanıs-Ayrım, Qaradağlı, Xocalı soyqırımlarını törətməklə öz tarixinin şərəfsiz səhifələrinin sayını artırmış oldu və əzəli torpaqlarımız müvəqqəti olaraq işğal altına düşdü. Torpaqlarımızın işğalda qaldığı 30 ilə yaxın müddətdə vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti tamamilə qeyri-qənaətbəxş olmuşdur. Hər dəfə ermənilər cəbhəboyu ərazilərdə təxribatlar törədəndə, həmsədrlər köhnə, şablon bəyanatları yenidən yaymaqla erməni təxribatını bir növ malalamaqla məşğul olurdular. İşğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoymayan ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiya) həmsədrləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının zəruriliyindən danışarkən belə, xalqların öz müqəddəratını təyin etmək hüququnu xüsusi vurğulayır, Ermənistanın Azərbaycana hərbi təcavüzündən birbaşa söhbət açmır, “Azərbaycanın işğal edilmiş əraziləri” terminini işlətmir, işğalçıya sanksiya tətbiq etmirdilər. Danışıqlarda hər dəfə tərəflərin razılığının vacibliyini ortaya atan həmsədrlər Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma hallarına göz yumurdular. Son dövrlərdə isə problemin hərbi yolla həllinin mümkünsüzlüyü barədə tezis daha tez-tez səsləndirilirdi. Təbii ki, bu da münaqişəni daha 30 il uzatmaq istəyən Ermənistanın maraqlarına uyğun idi. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan işğalçı ilə işğala məruz qalanın adını çəkməyi, o cümlədən, daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Amma bu qurumun həmsədrlərindən olan Rusiya təcavüzkarı silahlandırmış, digərləri isə işğal hadisəsinə göz yumaraq, təcavüzkara maliyyə dəstəyı göstərmişdir. Müzəffər Ordumuzun qalibiyyətli hücum əməliyyatları ilə torpaqlarımız işğaldan azad edildikdən sonra utanmadan bölgəyə səfər etmiş həmsədrlərə haqlı olaraq Azərbaycan Prezidentinin cavabı çox sərt olmuşdur.
Bəli, 30 il davam edən beynəlxalq riyakarlığın xalqımız üçün ağır nəticələri bu gün özünü aydın göstərir. Rəsmi statistik məlumatlara görə işğal olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çox, tarixi-dini abidələrin ümumi sayı 403 olmuşdur. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbristanlıqların sayı isə 900-dən artıq idi. Qərb ölkələrindən olan KİV nümayəndələri məscidlərdə mal-qara və digər heyvanların saxlanmasını lentə alaraq bütün dünyaya yaymışlar. Bundan başqa, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək, qriqorianlaşdırılmışdır. 2021-ci ilin avqust ayında tanınmış erməni bloger Roman Baqdasaryan özünün “youtube” kanalında qarabağ ermənilərini Azərbaycanın tarixi-dini abidələrinə qarşı vandal hərəkətlərinə görə ittiham edərək qınamışdı. Operativ məlumat və əldə olunmuş videogörüntülər nətcəsində məlum olmuşdur ki, Şuşanın azad edilməsi ətraf meşələrin ermənilər tərəfindən yandırılmasının qarşısını almışdır. BBC-nin Kəlbəcərdən nümayiş etdirdiyi videomaterial və digər faktlar da sübut edir ki, ermənilər işğal olunmuş ərazilərdə həm də meşələri yandıraraq, su hövzələrinə zərər verməklə ekoloji fəlakət törətmışlər. Məkrli düşmənin Kəlbəcərdən çıxmaq üçün istədiyi əlavə vaxtda məhz belə çirkin işlərlə məşğul olması bütün dünyaya məlum oldu. Vətən Müharibəsi dövründə Gəncə şəhərinə, Bərdə, Goranboy, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Beyləqan rayonlarına atılan raket və top mərmiləri mülki əhali arasında ciddi tələfata səbəb olmaqla həm də bir sıra tarixi-dini abidələrin zədələnməsi və dağılması(Füzulidə Şeyx Babı türbəsi, Beyləqanda Cərcis peyğəmbər ziyarətgahı və s.) ilə də nəticələnmişdir. Düşmənin belə vandal əməllərə əl atmaqda əsas məqsədi, əcdadlarımızdan bizə miras qalmış torpaqlarımızda tarixi keçmişimizi, mədəni irsimizi məhv edərək, torpaqlarımıza sahiblənmək olmuşdur. Bu faktları qeyd edərkən 44 günlük döyüşlər zamanı bir tərəfi mərmi qəlpələri ilə azacıq zədələnmiş Şuşa kilsəsi ətrafında düzənlənən süni ajiotaj yada düşür. Erməni xoru və onun solo artistləri olan Solovyovlar, Skabeevalar, Zatulinlər, Yevseyevlər və daha kimlər Azərbaycanı guya xristian ibadətgahlarını məhv etməkdə günahlandırırdılar və bu zaman işğal olunmuş torpaqlarımızda 67 məscdin 63-nün ermənilər tərəfindən dağıdılması, təhqir olunması heç yada dşmürdü. Hətta bu barədə cənab Prezident İlham Əliyevə də müsahibə zamanı təxibatçı sual verilmişdi. Dövlət başçısı mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Öz ədalətli mövqeyindən bir addım da geri çəkilməyən Azərbaycan dövləti münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüquq normaları və prinsiplərinə, münaqişənin nizamlanması yönündə qəbul edilmiş beynəlxalq sənədlərə əsaslanmışdır. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab olaraq əks-hücuma keçən ordumuz torpaqlarımızı mənfur düşməndən azad edərək, suverenliyimizi, ərazi bütövlüyümüzü təmin etdi. İndi işğaldan azad edilmiş dədə-baba torpaqlarımız başdan-başa tiinti meydançasına çevrilib. Azad olunmuş torpaqlarımızda aparılan abadlıq və bərpa işləri Azərbaycanın dünyada sülh və quruculuğa töhfə vermək istəyinin silinməz imzası kimi tarixdə qalacaqdır.
Firdovsi Tağıyev
Neftçala rayon sakini, ziyalı, müəllim
Digər xəbərlər
2021-11-04
2023-04-18