Ermənistan səhv yolda olduğunu artıq anlamalıdı

2021-09-28 Baxış: 368
img

30 ilə yaxın müddətdə həlli düyünə çevrilmiş Qarabağ məsələsi faktiki ölkəmizin ən yaralı yeri sayılırdı. Ermənistanın hər zaman qeyri-konstruktiv mövqe sərgilədiyi bu məsələdə Azərbaycan hər zaman səbr, təmkin nümayiş etdirir, problemin həllində beynəlxalq hüquq prinsiplərinə daim sadiq qalırdı. Qarabağ cinayətkarları hesab edilən Köçəryan və Sarkisyan rejimlərinin devrilməsi və hakimiyyətə yeni qüvvələrin gəlişi hər kəsdə problemin tezliklə həllini tapacağı ümidi yaratmışdı. Qeyd etməliyik ki, 2018-ci ildən etibarən təmas xəttində də müəyyən sabitlik hökm sürürdü. Cənab Prezident İlham Əliyev fikirlərində Ermənistanın yeni hakimiyyətinin bu məsələdə ondan vaxt istədiyini bildirmişdir. Lakin sonradan mənfur millətin yenə də öz ampulasında olduğunun şahidi olduq. Onlar nəinki danışıqlar masasından qaçdılar, həm də biraz da irəli gedərək Qarabağı Ermənistan adlandırdılar. 2020-ci ilin iyul ayında Tovuz rayonu ərazisində erməni təxribatı nəticəsində 13 hərbçimiz və mülki insanımız həlak oldu. Bu isə artıq azğınlığın pik nöqtəsi idi. Düşmən əsl düşmənçilik simasını göstərərək, ərazilərimizə diversiya qrupları göndərir, xain təxribatlar törətməyə çalışırdı. Ötən ilin 27 sentyabr tarixində baş verənlər isə əsl meydan oxumaq idi. Azərbaycan bu mənada beynəlxalq hüquq prinsiplərini əsas götürərək özü öz müqəddəratını həll etmək məcburiyyətində qaldı, düşmənin hücumlarına qarşı əks-hücum əmri verildi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi, xalqın vəhdəti, birliyi ilə tarixinin ən şərəfli səhifələrini yazmaq üçün 44 günlük haqq savaşına girdi. Ümumilikdə 300-dən çox yaşayış massivi döyüşərək düşməndən azad edildi. Şuşa şəhərinin azad edilməsi isə Zəfərimizin təsdiqi oldu. Bəli acı məğlubiyyətə düçar olmuş düşmən 10 Noyabr Kapitulyasiya aktını imzalamağa məcbur oldu. Döyüşməyə “hayı” qalmayan düşmən Ağdamı, Kəlbəcəri, Laçını döyüşsüz təslim etdi Azərbaycana. Bu utancverici məğlubiyyət onların üzərində daim damğa kimi qalacaqdır. Ermənlər bu damğa ilə mövcud olduqları dövrdə yaşamağa məcbur olcaqlar. Çünki düşmən özü bu biabırçı məğlubiyyəti istədi, özü bu yolu seçdi. Bu dövlətin başında oturanlar sanki bilərəkdən millətini qırğına verdilər. İşğaldan azad edilmiş ərazilərimizdə hər gün tapılan erməni əsgərlərinin cəsədləri ondan xəbər verir ki, bu gün erməni əsgərlərinin valideynləri hələ də itgin düşmüş, ölmüş övladlarının nəşlərini gözləməkdədirlər. Sual oluna bilər niyə bu millət bu faciəni yaşadı, çox sadə Ali Baş Komandanımız bunun cavabını aydın verib- “Nə işi var erməni əsgərinin Azərbaycan torpağında”. Bəli, erməni Azərbaycan torpağında ölürsə bunun günahını özündə axtarsın. Qarabağ məsələsi artıq həll edilmişdir. Hazırda erməni rəhbərliyinin bəzi nümayəndələri və könüllü ordu birləşmələri Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu fikirlər səsləndirməkdədirlər. Guya onlar yaxın gələcəkdə Şuşanı, Hadrutu, Xocavəndi və digər əraziləri yenidən ələ keçirmək planı sərgiləyir və sərsəm fikirlər səsləndirirlər. Ancaq onlar bilməlidirlər ki, əgər bundan sonra hər hansı istər erməni rəhbərliyi və ya hərbi birləşmələri hər hansı revanşist fikirlərini real olaraq gerçəkləşdirməyə cəhd belə etsələr, yenə də qarşılarında güclü, Müzəffər Azərbaycan ordusunu görəcəklər. Yaxşı olardı ki, erməni rəhbərliyi və onun ətrafında olan ermənipərəst qüvvələr sülh haqqında, regional əməkdaşlıq, inteqrasiya haqqında düşünsünlər. Azərbaycanafobiya düşüncələri real olaraq Ermənistanın mövcudluğuna kölgə sala bilər.

Ruslan Sayadov

Neftçala rayon sakini, müəllim