Qalib Xalq

2021-09-29 Baxış: 419
img

Tam bir il öncə, 27 sentyabr 2020-ci ildə Ermənistanın hərbi təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan ordusu cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatlarına başladı. Əlbəttə ki, namərd düşmən döyüş meydanında Azərbaycan oğullarının qarşısını ala bilməyincə, həmişəkikimi, müharibə cinayətlərinə əl atmağa başladı. Cəbhədən xeyli aralı yaşayan mülki əhalimiz hədəfə alındı. Balisstik raketlər vasitəsilə cəbhəyanı ərazilərə, vətəndaşlarımızın yaşadığı yerlərə, şəhərlərə, Gəncə, Bərdə şəhərinə xain hücumlar etməyə başladı. Dünya bu qanlı cinayətləri canlı izlədi demək olar. Onlarla insan vəhşi təxribatın qurbanı oldu. Əlbəttə ki, düşmən gec-tez bu cinayətlərinə görə cəzalanacaqdır. Bu istiqamətdə cənab Prezident İlham Əliyevin tapşırığı ilə bütün hüquqi məsələlər həll edilməkdədir. Vətənimin şanlı tarixinə “İkinci Qarabağ müharibəsi”, “Dəmir Yumruq əməliyyatı” və ya “44 günlük Vətən müharibəsi” adı ilə yazılan bu müharibədə MÜZƏFFƏR AZƏRBAYCAN ordusu unudulmaz qələbə qazandı. Baxmayaraq ki, ərazinin relyefi və əlverişli mövqelər düşmənin əlində idi, amma müharibə dövründə ordumuz yenə də hər gün irəli getdi, hər gün qələbə qazandı və bu dövr ərzində elə bir gün olmadı ki geriyə addım atılsın. Ordumuzun bu qələbəsində sözsüz ki, xalqımızın böyük rolu vardı. Bu gün artıq qələbə sayəsində xalqımız Müzəffər Xalq kimi yaşayır. Bu qürur dolu qələbəni bizə yaşatdığı üçün bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onlar dastana dönərək bizim qəlbimizdə əbədi yaşayacaqlar. Bu gün işğaldan azad edilmiş tarixi torpaqlarımızda erməni faşizminin əməllərini gördükcə insanın bədənində qanı donur. Bu vəhşilik insana məxsus ola bilməz. Bu əməlləri yalnız ibtidai təfəkkürlu canlı varlıqlar edə bilər. Bu faktdır ki, ermənilər təxminən 200 il əvvəl bu yerlərə köçürüldükdən sonra tarixi abidələrimizə, məscidlərimizə qarşı vandal əməllərini törətməyə başladılar. Görünən odur ki, bu insanlıqda yeri olmayan millət hələ də Azərbaycan xalqına, onun mədəniyyətinə, tarixinə qarşı qısqanclıqla yanaşır. Heç bir tarixi olmayan bu qondarma millət başqalarının tarixi üzərində öz tarixlərini yazmağa çalışırlar. Əlbəttə ki, bu faktlar hər biri sübut edir ki, bu millət yaradılışdan uğursuz olub. Bundan sonra da onlar uğursuz, məğlub damğası ilə yaşamağa məcbur olacaqdır. Ölkəmiz, xalqımız isə Ali Baş Komandanımızın rəhbərliyi altında daim qürurla yaşayacaq, inkişaf edəcəkdir.

Xədicə Əhmədova

Neftçala rayon sakini