“Dəmir Yumruq” əməliyyatı ilə gələn tarixi ZƏFƏR!

2021-10-07 Baxış: 535
img

Azərbaycan xalqı Ali Baş Komandanının rəhbərliyi, Rəşadətli Ordusunun qəhrəmanlığı sayəsində, cəmi 44 gün ərzində tarixinin ən şanlı səhifəsini yazdı. Bu günlərin hər saatı, hər dəqiqəsi bir dastan oldu. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev münaqişənin sülh yolu ilə həllindən başqa yol yoxdur deyənlərin cavabını verdi: Var başqa yol dedi və dediyini etdi. Uzun illərdir status-kvonu qebuledilməzliyini deyənlərə, amma heç bir iş görməyib işğalçının başına sığal çəkənlərə göstərdi ki, məsələni necə həll etmək olar. Ali Baş Komandanın əmri ilə döyüşə atılan Müzəffər Ordumuz 30 ilə yaxın davam edən status-kvonu 44 günün içərisində dəyişdi. İndi nə status-kvo var, nə də təmas xətti. Bunu xalqımızın iradəsi ilə Ali baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu döyüş meydanında etdi. Sentyabrın sonu-oktyabrın əvvəlində, hərbi əməliyyatların ilk mərhələsində Azərbaycanın, işğal altında olan strateji şəhərinin-Cəbrayılın azad ediləcəyini və Ermənistanı faktiki olaraq sülhə məcbur edəcəyini təsəvvür etmək bir qədər çətin idi. Bir çoxları düşünürdu ki, əvvəllər olduğu kimi, Azərbaycan bir neçə strateji əhəmiyyətli yüksəkliyi və bir necə kvadrat kilometr ərazini tutandan sonra bu dəfəki gərginlik də bitəcək. Lakin zaman göstərdi ki, artıq Azərbaycanın başqa yolu qalmayıb. Münaqişə yalnız iradəmiz əsasında, döyüş meydanında həll edilməlidir. Böyükdən-kiçiyə hər kəs bu məsələdə birlik və vəhdət nümayiş etdirərək, cənab Prezidentin ətrafında yumruq kimi birləşdi və bu yumruq “Dəmir Yumruğ” a çevrildi. Rusiyalı hərbi ekspert, "Vətən arsenalı" jurnalının baş redaktoru Viktor Muraxovski Azərbaycanın bütün ordu korpusları ilə müharibəyə başlayaraq, geniş miqyaslı kəşfiyyat apardığıni qeyd edir. Zəif bir yer tapan Azerbaycan ordusu əvvəlcə Ermənistanın müdafiəsini yardı və sonra uğurla bir əməliyyat keçirdi. Muraxovskinin fikrincə, Azərbaycan Ordusu hərtərəfli kəşfiyyata malik ordudur. Müharibə vaxtı Azərbaycan ordusu uzaq mənzilli artilleriya zərbələri ve dron zərbələrindən istifadə etdi. Muroxovski Azərbaycan Silahlı Qüvvələrinin hərəkətlərində 2018-ci ildə Suriyanın Afin şəhərində və İdlib əyalətində eyni taktikanı tətbiq edən Türk Ordusunun üslubunu qeyd edir. Bəli Ordumuz döyüş meydanında düşməni məğlub etdi. Onun başını əzərək, məğlubiyyətini etiraf etməyə, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Cəbrayılın ardınca digər rayonlarımızın, strateji yüksəklik və mövqelərin düşməndən təmizlənməsi ərazi bütövlüyümüzün təmin edilməsini şərtləndirdi. İndi Azərbaycanın qarşısında başqa böyük işlər durur. İşğaldan azad olunmuş torpaqların minalardan təmizlənməsi, dağıdılmış, viran qoyulmuş dədə-baba yurdlarımızı bərpa etmək və bu yerlərə Böyük Qayıdışı təmin etmək.

Ayşən Əsədova

Neftçala rayon sakini