Hadrutun inkişafı - fatehlərinin ədalət yolu ilə işıqlanacaqdır!
2021-10-15
Baxış: 500
Müasir tariximizin ən parlq səhifəsi idi Vətən Müharibəsində yazılan QƏLƏBƏ. Xalqımız bu qələbəni illərlə gözləmişdir. Bu haqq yolunda nə qədər oğullar şəhid olmuş, körpələr atasız, analar oğulsuz qalmışdır. Lakin xalqımız tarixi yurd yerlərinin qaytarılması, bərpa edilməsi düşüncəsindən, amalından heç zaman uzaqlaşmayaraq, bu yolda daha da inadla birləşmişdir. Elə bu birliyin nəticəsi idi ki, 44 gün müddətində illərin qisası alınaraq haqq işimizin bərpasına nail olduq. Biz bu yolda Şəhidlərimizin qanı, qazilərimizin ağır yaraları, düşünülmüş siyasi iradə gücü ilə irəlilədik. Lakin Azərbaycanı sevməyən qüvvələr bu gün də xalqımızın bu qələbəsini həzm edə bilmirlər. Müxtəlif siyasi oyunlarla yanlış mövqelər qurmaq, təsəvvür yaratmaq istəsələr də, qərəzli dşüncələrində üstünlük qazana bilməyəcəklər. Çünki bu artıq aydın görünən haqq yoludur, onun gur səsidir! QARABAĞ AZƏRBACANDIR! Azərbaycanın tarixi torpaqlarıdır Qarabağ! Azərbaycan xalqına, dövlətinə xain gözlə baxan saxtakarlar bunu gec ya tez dərk etmək məcburiyyətində olacaqlar. Vətən Müharibəsinin elə ilk günlərindən Şərəfli Azərbaycan Ordusunun azad etdiyi ərazilərdən biri də Hadrut qəsəbəsi idi. Xocavənd rayonu ərazisində yerləşən bu qəsəbə, öz əhəmiyyəti ilə döyüşlərin taleyinə, Şüşanın alınmasına həlledici amil kimi təsir göstərmişdir. Hadrut əməliyyatı zaman göstərdi ki, həqiqətən də müharibənin gedişində çox böyük əhəmiyyət daşımışdır. Bu tarixi qəsəbəmizin azad edilməsində xalqımızın igid, qəhrəman oğullarını canlarından keçmiş, sağlamlıqlarını itirmişdilər. Mərd oğullarımız eyni zamanda döyüşlərdə ən mükəmməl hərbi manevrlərdən istifadə etmiş, onların acı məğlubiyyətini şərtləndirmişdilər. Məhz həmin qəhrəman oğullarımızdan biri də həmyerlimiz Camal Vidadi oğlu İsmayılov olmuşdur. Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılovun Hadrut qəsəbəsinin alınmasında göstərdiyi qətiyyətli fədakarlıq şərəf tariximizin ən nümunəvi, unudulmayan səhifələrindəndir. Bu gün xalqın yaddaşında “Hadrut Fatefi” kimi əbədiyyət günəşinə çevrilən Qəhrəman övladımızın adı dillərdə dastan olmuşdur. 1992-ci il 2 oktyabr tarixində işğal edilən qəsəbə 2020-ci ildə oktyabr ayının 9-da düşmənlərdən azad edilmişdir. Əvvəl saxta məlumat yayaraq, öz millətini aldadan düşmən ölkə rəhbərliyi özləri 14-15 oktyabr tarixində məlumatı təsdiq etməyə məcbur olmuşdular. Ərazilərimizin azad edilməsi ilk öncə onların inkişaf etdirilməsi, az vaxtda çiçəklənən bir gülüstana çevrilməsi ehtiyacını yaradır. İllərdir öz ocaqlarından ayrı düşən soydaşlarımız bu həsrətə son qoyaraq öz evlərinə dönməyi səbrsizliklə gözləyirlər. Elə bu məqsələ də Ölkə başçısı cənab İlham Əliyev bu gün ərazilərin inkişaf etdirilməsi, daha müasir planda dirçəldilməsi, tarixiliyin saxlanılması şərtilə hər bir ərazinin inkişafına xüsusi diqqət verilməsi məsuliyyətini əsas tələb kimi qarşıya qoymuşdur. Buranı Cəbrayıl və Fizuli ilə birləşdirəcək artıq dördzolaqlı avtomobil yolunun təməli qoyulmuşdur. Ərazi heyvandarlıq, bitgiçilik üçün, xüsusilə üzümçülük üçün çox əlverişlidir. Əlbəttə ki, böyük turizm potensialına sahib bu ərazilərdə turizmin inkişafı üçün müəyyən proqramlar icra ediləcəkdir. Tariximizi bərpa etməklə biz ən müasir şəkidə dövlətimizin ərazilərinin inkişafina nail olacağıq. Bu ərazilərə ayaq açan hər kəs bir daha təsdiq edəcəkdir ki, Qarabağ Azərbaycandır!
Bədirə Niftaliyeva,
Neftçala rayon sakini, ziyalı, yazar
Digər xəbərlər
2021-11-04
2023-04-18