COVİD-19” virus infeksiyasına qarşı Buster doza çox əhəmiyyətlidir
2021-10-15
Baxış: 472
Dünya tibb tarixində öz effektivliyini sübuta yetirmiş çoxlu sayda peyvəndlər mövcuddur və bu peyvəndlər hal-hazırda da uğurla tətbiq edilməkdədir. Ümumiyyətlə, hər bir peyvəndin istifadəsi zamanı orqanizmə daxil olan antigenlərə qarşı hazır anticisimlər yaranır. Bu da öz növbəsində orqanizmi infeksiyaya qarşı daha dözümlü edir. Peyvənd olunmuş orqanizmdə infeksion xəstəlik daha yüngül keçir, ağırlaşmalar daha az olur. “COVİD-19” xəstəliyinə qarşı hazırlanmış vaksinlər də artıq bir ilə yaxındır ki, dünya ölkələrində tətbiq olunur. Ölkəmizdə də vaksinasiya strategiyası uğurla davam etdirilir və hal-hazırda “COVİD-19” əleyhinə olan vaksinlərdən “SİNOVAK”, “ASTRA ZANECA”, “PFİZER” və “SPUTNİK” vaksinləri tətbiq olunur. Aparılan tədqiqatlar göstərir ki, “COVİD-19” xəstəliyinə qarşı istifadə olunan vaksinlərin istifadəsi zamanı digər vaksinlərdə olduğu kimi müddət keçdikcə orqanizmdə yaratdığı qoruma səviyyəsi azalmağa başlayır. Bu da təkarar peyvəndləmənin zəruriliyinə ehtiyac yaradır. Təkrar peyvənd dozası Buster doza adlanır və orqanizmin immun reaksiyasını daha da gücləndirir, peyvəndin effektivliyini artırır. Nəzərə alsaq ki, peyvəndləmə zamanı bir sıra postvaksinal ağırlaşmalar qeyd olunur. Bu ağırlaşmaların orqanizmə göstərdiyi ziyanlı təsirlər “COVİD-19” xəstəliyinə yoluxma zamanı orqanizmdə yaranan ağırlaşmalarla müqayisədə çox yüngüldür. Aparılan laborator müayinələrin nəticəsinə görə Buster doza alan insanlarda yaranmış İmmunoqlobulin G-nin səviyyəsi digər vaksin olunanlardan təxminən 10 dəfə yüksək olur. Bu da 10 dəfə artıq qorunma deməkdir. Həmçinin yaranmış anticisimlərin daha çox olması mutasiyaya uğramış ştammlara qarşı mübarizəni də artırır. Nəzərə alsaq ki, artıq ölkəmizdə də mutasiyaya uğramış yeni Delta ştammının törətdiyi xəstəlik artmaqdadır və bu özü də Buster dozanın qəbuluna ehtiyac yaradır. Buster dozanın qəbulu daha çox infeksiyalaşmaya məruz qalan əhali qruplarına tövsiyyə olunur. Bunlara tibb işçiləri, 50 yaşdan yuxarı əhali qrupları, autoimmun xəstəlikləri olanlar, immunodefisitləri xəstələr və sair aiddir.
Nəcibə Abdullayeva
Neftçala rayon sakini, həkim
Digər xəbərlər
2021-11-04
2023-04-18