15 oktyabr 2003-cü il, ölkəmizin inkişafında yeni bir mərhələnin başlandığı gün!

2021-10-18 Baxış: 426
img
Azərbaycanın ictimai-siyasi fikir tarixinə nəzər salsaq çox aydın şəkildə müşahidə edəcəyik ki, həqiqətən də 15 oktyabr 2003-cü il Azərbaycan cəmiyyəti üçün yeni bir mərhələnin başlanğıc dövrü kimi səciyyələndirilir. Məhz həmin gün keçirilən Prezident seçkilərində seçicilər mümkün səslərin böyük hissəsini, 76 faizdən çoxunu bu gün Azərbaycanı qalib xalqlar sırasına yüksəldən, əbədiyaşar Lider İlham Heydər oğlu Əliyevə verərək onu haqlı olaraq Prezident seçdilər. Həqiqətən də xalq bu seçimi ilə, müasir Azərbaycanımızın qurucusu Ümummilli Lider Herdər Əliyevə olan sədaqətini, etimadını, bağlılıqlarını bir daha nümayiş etdirmiş oldu. Bu gün dünyanın süper güc dövlətləri belə özləri etiraf edirlər ki, Azərbaycanda həyata keçirilən istər sosial, istər hərbi, istərsə də iqtisadi siyasi xəttin alternativi yoxdur. Bu gün Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu siyasi-iqtisadi kurs xalqın hakimiyyətə olan bağlılığını və bu bağların daha möhkəm tellər üzərində qurulmasını şərtləndirir. Bu faktdır ki, indi Azərbaycan nəinki regional, hətta beynəlxalq səviyyəli tədbirlərin keçirilməsinə ev sahibliyi edir, dünyanın bir çox müttəfiq olduğumuz ölkələrində iri iqtisadi layihələrin icrasında donor dövlət kimi yaxından iştirak edir. Böyük iftixar hissi ilə qeyd etməliyik ki, qüdrətli, qalib Azərbaycan bu gün təkcə ölkədə yaşayan azərbaycanlıların deyil, dünyanın bütün nöqtələrində yaşayan hər bir azərbaycanlının qürur, fəxarət mənbəyinə çevrilib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən təkmil və uzaqgörən inkişaf strategiyasının əsas hədəfi Azərbaycanı dünyanın süper güc dövlətləri ilə rəqabət apara biləcək dayanıqlı iqtisadi potensialı formalaşdırmaq, əhalinin sosial rifah halının yaxşılaşdırılmasını təmin etmək təşkil edir. Sürətli inkişaf trayektoriyası bu gün dövlət quruculuğunun bütün sahələrini əhatə edir. Əlbəttə biz bu gün qeyd etməliyik ki, işğaldan azad edilən torpaqlarımızın bərpası məsələləri də kifayət qədər maddi resurslar hesabına başa gələcəkdir. Amma hər bir azərbaycanlı çox gözəl anlayır ki, bütün bu işğaldan azad edilən ərazilərin tam, yeni, müasir və keyfiyyətli şəkildə bərpasına Azərbaycanın həm iqtisadi, həm də mənəvi gücü tam yetərlidir. Dövlət başçımız cənab İlham Əliyev fenomeninin hakimiyyətə gəldiyi ilk gündən apardığı siyasi xəttin, belə demək olarsa əsas prioritet istiqamətlərindən biri də, beynəlxalq müstəvidə Ermənistanın işğalçılıq siyasətinin tanıdılması və işğal altında olan torpaqlarımızın qeyd-şərtsiz geri qaytarılması dayanırdı. Bu istiqamətdə aparılan sülh danışıqları hamımızın şahidi olduğumuz qədər ermənilərin qeyri-konstruktivliyi ucbatından heç də anlaşılan olmadı və düşmən insan kimi söz başa düşməyərək, işğalçılıq mövqeyindən geri çəkilmədi. Belə olduğu təqdirdə Azərbaycan yeganə və alternativsiz yol olan savaş yolundan, hərbi güc yolundan istifadə etmək məcburiyyətində qaldı. Belə də oldu, ordu quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, silahlı qüvvələrin taktiki və döyüş hazırlığının ən yüksək səviyyədə formlaşadırılması, maddi texniki bazanın ən yeni silah və sursatlarla yenilənməsi və gücləndirilməsi sonda tarixi Qələbəmizi şərtləndirdi. Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi beynəlxalq dairələr tərəfindən yaradılan mif tamamilə darmadağın edildi. Bütün dünyaya bəlli olduğu kimi çox qısa bir vaxt ərzində düşmənin nəfəsi kəsildi və sonda onlar təslim olmağa, kapitulyasıya aktına imza atmağa məcbur edildi. Beləliklə cənab İlham Əliyev Prezident olaraq xalqına verdiyi bütün vədlərini bütünlüklə yerinə yetirdi. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib. Artıq həmin ərazilərdə böyük quruculuq işləri vüsət alıb. Görünən bu mənzərə hər bir azərbaycanlının ürəyini, könlünü şan-şan edir. Zəfər Qələbəmiz uzun illər ərzində davam edən iqtisadi, hərbi hazırlıq işlərinin nəticəsi idi. Effektiv siyasət, xalqın Ölkə başçısı ətrafında dəmir yumruq kimi bir olması sonda tarixi ədaləti bərpa etdi. Azərbaycan dünyada Qalib ölkələr sırasına yüksəldi. Əminliklə deyə bilərik ki, 200 ildən sonra Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və düşmənin darmadağın edilməsi cənab İlham Əliyevin yürütdüyü siyasi kursun Şah Əsəri kimi səciyyələndirilir. Var olsun Azərbaycan!, Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!
           Fərid Əhmədov
           Neftçala rayon sakini