Xalqımızın Vətən həsrətinə son qoyulub!

2021-10-18 Baxış: 368
img
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Füzuli rayonu həm təbiəti, həm də tarixiliyi ilə dünyada böyük əhəmiyyətə malik ərazilərimizdəndir. 1993-cu ildə havadarlarından dəstək alan ermənilər digər ərazilərimiz kimi Füzuli rayonunu da işğal etdilər. Hərçənd ki, Ulu Öndər Heydər Əliyevin zamanında yenicə formalaşdırılan silahlı qüvvələrimiz Fizuli istiqamətində uğurlu əməliyyat həyata keçirərək, 1993-cü ilin dekabrında başlanan və 6 yanvar 1994-cü ildə bitən döyüşlər nəticəsində Füzulinin Horadiz qəsəbəsi daxil, 22 yaşayış məntəqəmizi düşməndən təmizlədi. Füzuli tam azadlığına isə 2020-ci ilin 17 oktyabrında qovuşdu. 44 günlük Vətən savaşının qələbə ilə bitməsində, əlbəttə mühüm strateji əhəmiyyətə malik olan Füzulinin azad olması xüsusi yer tuturdu. Füzulini azad etməklə Müzəffər Azərbaycan Ordusu qadir olduğu gücü düşmənə sübut etdi. Qələbəyə aparan yol, məhz Füzulidən keçirdi. Bu gün duşmənə göz dağı olan və bizi gözəl Şuşamıza aparan “Zəfər Yolu”da məhz Füzulidən başlayir. Füzuli uğrunda gedən döyüşlər zamanı xüsusi bacarıq nümayiş etdirən Müzəffər Azərbaycan ordusu 27 illik həsrətimizə son qoydu. Uzun illər ərzində düşmən elə təsəvvür yaratmışdı ki, sanki odumuza qarşı mənasız yerə külli miqdarda pullar xərcləyərək qurduqları istehkamlar keçilməzdir. Muharibə dövründə döyüş bölgəsindən uzaqda yerləşən, dinc əhalimizi hədəfə alan düşmənə Müzəffər Ordumuz cavabını ancaq savaş meydanında verirdi. Gücü yalnız yaşlılara, uşaqlara çatan düsmənin Rəşadətli Azərbaycan ordusu qarşısında qaçmaqdan basqa yolu yox idi. Texnikalarını, silahlarını ataraq qaçan düşmən məğlubiyyəti qəbul etdi. Hətta havadarlarından yalvararaq Ordumuzun durdurulmasını istədi. Artıq gec idi, Cənab Ali Baş Komandan heç bir kənar təzyiq və təsirə baxmayaraq, düşmənə layiq olduğu cəzanı verdi. Xalqımız indi illərlə həsrət qaldığı Qarabağa geri dönəcəyi günü səbrsizliklə gözləyir. Qısa müddətdə fəaliyyətə başlayan Füzuli aeroportunda artıq ilk uçuşlar həyata keçirilib. Şəhidlərimizin qanı bahasına alınan torpaqlarımızda bu gün həyat öz axarına qayıdır. Qalib xalqın nümayəndəsi kimi üzüağ, alnıaçıq öz doğma torpaqlarımıza qayıdışımız, Qalib Ordumuzun və Müzəffər Ali Baş Komandanımızın dəmir iradəsinin göstəricisidir.
           Yasəmən Qəfərova
           Neftçala rayon sakini