Azadlığın mübarək Zəngilan!
2021-10-20
Baxış: 347
XX əsrin sonlarında Azərbaycan müstəqilliyini yenidən bərpa etsə də, sonra ərazi bütövlüyü, müharibə baxımından xalqımızın tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Mənfur qonşularımız öz havadarlarının köməyindən, həmçinin o dövrdə Ölkəyə rəhbərlik edən səriştəsiz rəhbərlərin zəifliyindən və xəyanətindən istifadə edərək, tarixi, hüquqi torpaqlarımıza qarşı əsassız ərai iddiaları irəli sürməyə başladılar. Nizami ordusu olmayan Azərbaycan xain ermənilərin qarşısını ala bilmədi. 20 faiz torpaqlarımız işğal altına düşdü. Bu gün artıq azad olan Zəngilan müharibənin dəhşətlərini 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər buradan keçən dəmir yolunu bağlayaraq, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən etibarən rayonun sərhəd kəndləri aktiv döyüş zonasına çevrildi. O zaman yerli əhali gizlədib saxladıqları ov tüfəngləri ilə dədə-baba torpaqlarımızı qorumağa çalışırdılar. Ermənilər isə xarici havadarların köməyi ilə həmin dövr üçün mükəmməl silahlanmışdılar. 1992-ci ilin yanvar ayının sonunda ermənilər Zəngilana mütəşəkkil surətə hücumlar etməyə başladılar. Qəsbkarlar ilk olaraq fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın etdilər. Arxasınca düşmən rayonun digər kəndlərinə hücum edərək, yerli əhalinin yaşadığı evlərə od vurmağa başladılar. Zamanla onların hücumları daha da intensivləşir və vandal millətin terrorçu ordusu rayonun bütün ərazisini atəşə məruz qoyaraq bombalayırdı. 1993-cü ilin oktyabr ayında düşmən 30 mindən çox Zəngilan əhalisini mühasirəyə alır və xalq məcbur qalaraq İran sərhəddinə-Araz çayının kənarına toplaşır. Lakin o zaman gursulu axan Araz çayını keçmək mümkün olmur. Xalqımızın xilaskarı, Ümummilli lider Heydər Əliyev bu dəfə də xalqın köməyinə gəlir. O, İran hökuməti ilə danışıqlar apararaq mühasirədə olan xalqımızın xilasını mümkünləşdirir. Əlbəttə ki, bu tarix əsrlərlə əvvəl baş verməyib. Bu hadisənin minlərlə şahidi qisas gününün heç də uzaqda olmadığını yaxşı başa düşürdü. Onlar əmin idilər ki, Ulu Öndərin layiqli davamçısı, xalqını, dövlətini çox sevən Möhtərəm Prezidentimiz İlham Əliyev zəngilanlılar daxil bütün məcburi köçkün və qaçqınları öz dədə-baba yurdlarına qaytaracaq, və onlara dayaq duracaqdır. Bu tarix isə tək zəngilanlıların yox, bütün xalqımızın, dünyanın gözü önündə yazıldı. Özü də cəmi 44 günə. Bəli bu gün Zəngilan azadddır, Zəngilan ən müasir səviyyədə yenidən qurulur, əbəs yerə yenidən qurulur demirik, çünki, barbar millət burada daşı-daş üstə qoymayıb. Tarixi Zəngilanın bütün tarixi, mədəni, infrastruktur obyektlərini tamamilə dağıdıb. Buranı nəzarətsizlikdən istifadə edərək qonşusu İranla narkotrafikə çevirib. Biz nə etdik, Müzəffər Ordumuz nə etdi qarşılığında. Düşmənə mərdanə şəkildə öz cavabını döyüş meydanında verdi, nə millətini mühasirəyə aldı, nə də imdad diləyən əsgərini öldürdü. Budur bizim onlarla fərqimiz. Çünki, Azərbaycan ululardan gələn dövlətçilik, insanlıq, humanistlik prinsipi ilə yaşayır. Bu gün bütün işğaldan azad edilmiş torpaqlarımız kimi Zəngilan da, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixi şöhrətini qaytarmaqdadır. Zəngilən həm də, ümumiyyətlə regionda ən müasir, “Ağıllı” layihələrin ilk reallaşdırılacağı bölgə olacaqdır. Bir sözlə bu yerlər tezliklə əsl cənnətə çevriləcəkdir!, Azadlığın mübarək Zəngilan!
Gövhər Məmmədova
Neftçala rayon sakini
Digər xəbərlər
2021-11-04
2023-04-18