Düşmənin “Ruhlar şəhəri”nə çevirdiyi Ağdam ən qısa zamanda yenidən ölkəmizin inkişaf etmiş mərkəzlərindən birinə çevriləcəkdir
Azərbaycan
elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Sara Qədimova, Qurban Primov, akademik Zakir
Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru
Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və onlarla başqa görkəmli
şəxsiyyətlər bəxş etmiş Ağdam
rayonu 44 .günlük Vətən müharibəsindən
sonra bir güllə belə atılmadan düşmən işğaldan
azad olunmuşdur. Bəli bu faktı xüsusi qeyd etməliyik, məhz Müzəffər Prezident cənab İlham Əliyevin dərin
düşünülmüş hərbi-siyasi savadı, qətiyyəti, məsələni həll etmək, onu qabaqcadan
görmək məharəti sayəsində 27 il ərzində viran qoyulmuş doğma Ağdamımızı düşmən
döyüşsüz təslim etmək məcburiyyətində qaldı. Dövlət başçımız cənab İlham Əliyevin 2022-ci
il fevralın 13-də Ağdam rayonuna gerçəkləşdirmiş olduğu tarixi səfərində bir
sıra obyektlərin təməlinin qoyulması, bəzi müəssisələrin açılışlarının edilməsi
məskunlaşmadan əvvəl ilk növbədə infrastrukturun, iş yerlərinin yaradılmasına
göstərilən diqqətdən xəbər verir. Prezident
bir müddət əvvəl Ağdamın Baş planı ilə tanış olduqdan sonra demişdi ki,
vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi isə şəhəri iki dəfə
böyüdürük. Ağdamda, işğaldan azad olunmuş digər ərazlərdə icra olunan layihələr
onu göstərir ki, dövlətimiz öz şəhərlərini
yenidən qurmaq üçün həm kadr potensialına, həm də maliyyə və texniki imkanlara malikdir. Müxtəlif
xarici şirkətlərin bu işlərdə fəal iştirakı isə ölkəmizə olan dost münasibətin,
inamın təzahürüdür. Dövlət başçısı hər dəfə olduğu kimi bu dəfədə Heydər Əliyev
Fondu tərəfindən aparılan işləri yüksək qiymətləndirərək, Fondun Azərbaycanda
dini-mədəni və tarixi irsə göstərdiyi diqqət və qayğının yüksək qiymətləndirdi.
Cənab Prezident Ağdam Cümə məscidinin qarşısındakı çıxışında Azərbaycanda əlverişli
biznes imkanlarının olmasını, sahibkarlar üçün çox gözəl şərait yaradılmasını nəzərə
çatdıraraq iş adamlarını Ağdama və azad edilmiş digər ərazilərə sərmayə
qoymağa, orada müasir layihələri reallaşdırmağa çağırdı. Sahibkarlara bu işlərdə
mənəvi-siyasi dəstəkdən əlavə güzəştli kreditlərin verilməsi onları işğaldan
azad edilmiş ərazilərə investisiya yatırmağa həvəsləndirməyə hesablanmışdır. Qeyd
edək ki, Ağdamda inşa olunmuş iki yarımstansiyalarının fəaliyyəti nəticəsində
bütün rayon elektrik enerjisi ilə dayanıqlı təmin olunacaqdır. Bundan əlavə
Ağdamda ən müasir standartlara cavab verən mehmanxananın təqribən 2 ildən sonra
fəaliyyətə başlayacağı planlaşdırılır. Bu isə rayonun turizm potensialının
artmasına şərait yaradacaqdır. Ağdam şəhərinin yenidən qurulmasında diqqət çəkən məqamlardan biri də onun yaşıl
zonalara sahib olmasıdır. Təsdiq olunmuş Baş plana əsasən şəhərə yaxınlaşan hər kəs onun ətrafında içində
kiçik müəssisələr, turizm obyektləri, 8-12-20 yerlik otellər olan ən müasir
bağlar-ictimai yaşıllıq məkanları görəcəklər.
Adətən, şəhərdə yaşıllıq zonaları üçün 15 faiz ayrılırsa, Ağdamda meşə zolaqlarının sahələri 23 faizə
çatacaqdır. Cənab Prezident Ağdamda yaşayış kompleksinin təməlinin qoyulması mərasimində
də iştirak etmişdir. Qeyd edək ki, yeni Ağdam
100 min nəfər sakin üçün planlaşdırılır. Təsdiq edilmiş Baş plana görə, Ağdamda 1750 fərdi ev və 23 min mənzilin
inşa olunacağı nəzərdə tutulur. Ağdam rayonundakı evlərin daha böyük həyətyanı
sahələrlə təmin olunacağı planlaşdırılır. Ən müasir tibbi avadanlıqlarla
təmin olunacaq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara ən müasir tibbi
xidmətlərin göstərilməsi üçün imkanlar yaradacaqdır. Ağdamın bərpası ilə bağlı Təhsil Nazirliyinin təqdim etdiyi layihədə
burada 15 müasir məktəbin inşası, Qarabağ Universitetinin yaradılması,
Ağdamın bütün Qarabağın təhsil mərkəzinə
çevrilməsi nəzərdə tutulur. Ağdama
qaz xətlərinin çəkilişi, içməli suyun gətirilməsi,
o cümlədən Xaçınçay su anbarının təmiri layihələri artıq hazırdr ki, bu da
keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına köçürülməsinə və onlar üçün
layiqli həyat şəraitinin yaradılmasına
böyük əhəmiyyət verildiyini nümayiş etdirir. Bu gün Ağdamın yol-nəqliyyat
infrastrukturu dünya standartlarına uyğun yenidən qurulur. Füzuli-Ağdam və Bərdə-Ağdam avtomobil yollarının, Bərdə-Ağdam dəmir
yolunun çəkilişinə başlanıb. Bu yol Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə
birləşdirəcək ki, vətəndaşlarımızın və xarici turistlərin ölkə daxilindən və kənardan Ağdama gəlmələrini əhəmiyyətli şəkildə
asanlaşdıracaqdır. Artıq münaqişə Azərbaycanın öz iradəsi və gücü hesabına sona
çatıb. Ölkəmiz işğal altında qalan torpaqlarımızı döyüş meydanında geri
qaytarıb. Heç şübhə yoxdur ki, digər şəhər və kəndlər kimi Xirosimanı xatırladan bu dağılmış şəhər də yenidən bərpa
edilərək Azərbaycanın ən inkişaf etmiş bölgələri sırasında olacaqdır. Ağdam rayonu
yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təsərrüfatının
gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir. İntensiv quruculuq işləri azad edilmiş bütün
rayonların sakinləriinin az vaxt içində öz yurdlarına dönməsinə şərait yaradır.
Ən qısa zamanda həyat bu yerlərdə yenidən öz gur ritmi ilə qaynamağa
başlayacaqdır. Həm döyüş, həm də siyasət meydanlarında düşmənə qalib gəlmiş Azərbaycan
dövləti isə hər zaman olduğu kimi, öz vətəndaşlarının yanındadır.
Firdovsi
Tağıyev
Neftçala rayon
sakini, ziyalı, müəllim
Digər xəbərlər