Sədaqəti və fədakarlığı ilə seçilən Azərbaycan qadını

2022-03-07 Baxış: 664
img
Adın şərəflidir sənin ey qadın... Cəmiyyətin aparıcı qüvvəsi qadın... Tarix boyu qadınlarımız cəmiyyətin aparıcı qüvvəsi olmuş, ölkənin ictimai-siyasi həyatında, dövlətin idarə olunması prosesində yaxından iştirak etmişlər. Ulu Öndərimiz Heydər Əliyev ölkəmizdə qadın siyasətinin əsasını qoymuş və qadın şəxsiyyətinə böyük hörmət bəsləmişdir. Qadın siyasətinin davam etdirilməsi ölkəmizdə Azərbaycan qadınının nüfuzunun artmasına səbəb olmuşdur. Bu gün qadınlarımız müxtəlif sahələrdə fəaliyyət göstərir və öz sözlərini demişlər.
Qadınlarımız daha çox fədakarlıqları ilə seçilirlər. Bu həm iş həyatında və həmçinin şəxsi (ailə) həyatında özünü göstərir.
Qadın anadır. Qadın ailənin özülüdür. Yeni nəslin, dövlətimizin layiqli davamçılarının yetişməsi, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan gənclərin olması bütün bunlar qadınlarımızın şah əsəridir.
Bütün tarixi dövrlər üçün bizim gələcək nəsillərə sevə-sevə təbliğ edəcəyimiz, nümunə göstərəcəyimiz qadınlarımız var. Vətənin bütövlüyü uğrunda fədakarlıq göstərən qadınlar maddi və mənəvi cəhətdən dövlət qayğısı ilə əhatə olunublar. Dövlətimiz qadınlara diqqət sahəsində ən yüksək zirvədə dayanır.
 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət etmişdir.
Haqqları ödənməyəcək qədər böyük olan qadınlar sizə saf və təmiz bir həyat arzulayıram...
Qadınlar Gününüz Mübarək!
Sona Haxıyeva,
YAP Neftçala rayon təşkilatının fəal gənci