Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

2022-04-22 Baxış: 452
img

        Tarixdə misilsiz xidmətləri ilə yaddaşlarda qalan Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin saflığı və qorunması, onun dövlət dili statusu alması uğrunda böyük işlər görmüşdür və uğurlar əldə etmişdir. Heydər Əliyev Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirib, tükənməz övlad məhəbbəti, rəhbər uzaqgörənliyi ilə xüsusi qayğı göstərib. Heydər Əliyev hakimiyyətə gələnə kimi dilimiz dövlət dili statusu alsa da, çox uzun sürməmişdir. Məhz 1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, Ulu Öndər Heydər Əliyevin 70-80-ci illərdə yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. 1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və demokratik müzakirələr nəticəsində həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada 21-ci maddədə Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.

         1970-ci ildə Azərbaycan Dövlət Universitetinin 50 illiyi münasibətilə keçirilən təntənəli toplantıda Heydər Əliyev respublikanın elmi, ədəbi ictimaiyyətinin, bütöv ziyalı ordusunun diqqətini doğma ana dilinə yönəltdi. O, dilimizlə yanaşı ədəbiyyatımızın da uğrunda önəmli məsələlərə diqqət etmişdir. Sovet Rusiyası tərəfindən ittiham olunub oxunulması və öyrənilməsi qadağan olunan “Kitabi- Dədə Qorqud” dastanının 1300 illik yubileyini qeyd etməklə bütün qadağalara qarşı çıxdı və dastanımızın yenidən tədris olunmasını bərpa etdi.

Öz milli mənsubluğunu danmayan, sovet ideologiyasına tabe olmayıb sovet ruhlu əsərlər yazmağa qarşı çıxan bir neçə şair və yazıçılarımız, tənqidçilərimiz “vətən xaini” , “xalq düşməni”və sair kəskin ittihamlarla damğalanmış və sürgün olunmuş, qətlə yetirilmişdir. Əsərlərinin bir neçəsi yandırılmış və qadağan edilmişdir. Ulu öndərimiz Heydər Əliyev bu ittihamlara alovlu tribuna çıxışlarında son qoymuş və repressiya qurbanları olan şairlər H.Cavid, Ə. Cavad, A. İldırım, M.Müşfiq, yazıçılarımız S.Hüseyn, Y. V.Çəmənzəminli, Salman Mümtaz, Tağı Şahbazi, S.M. Qənizadə və s.şair və ədiblərimizə bəraət qazandırmışdır.

Azərbaycan Prizedinti Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli, 506 saylı fərman, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında”, 2001-ci ilin avqust ayının 9-da  “Azərbaycan əlifbası və Azərbaycan dili” gününün təsis edilməsi haqqında fərmanları ilə bir daha təsdiq etdi ki, Azərbaycan dili və əlifbası toxunulmazdır.

Dilinə olan məhəbbətini bəzi kəlmələrində daha dərindən göstərmişdir. “Dilimiz çox zəngin” və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm...” Bu müdrik sözlər Azərbaycan xalqının Ümummilli lideri, dahi rəhbərimiz Heydər Əliyevə məxsusdur.

 

 

 Məmmədova Sərfinaz,

YAP Neftçala rayon təşkilatı Astanlı Ərazi partiya təşkilatının üzvü