Azərbaycan xalqının əzmi, Azərbaycan əsgərinin gücü, Vətən sevgisi
27
sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin 30 il davam edən erməni
işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da zəfərlə başa
çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif
ölkələrində yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib
hissəsi olan dövlətçiliyi qorumaq, ərazi bütövlüyünü təmin etmək, milli
birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu.
Müharibənin öz qanunları var. Ordu ordu ilə
savaşar, əsgər əsgər ilə döyüşər – üz-üzə, mərd-mərdanə. Kim güclüdürsə, o da
qalib gələr. Döyüş meydanında məğlub olan Ermənistan bu qanunları da pozur,
müharibə cinayətləri törədərək, şəhər və kəndlərimizi, dinc əhalini atəşə
tutur. Düşmənin xain hücumları nəticəsində çox sayda mülki şəxs, o cümlədən
uşaqlar, qadınlar həlak olub və yaralanıb, evlər, çoxmənzilli yaşayış binaları,
obyektlər dağılıb.
Oktyabrın 11-də döyüş əməliyyatları
zonasından 80 kilometr aralıda yerləşən, ərazisində heç bir hərbi obyekt
olmayan Gəncəyə ballistik raket zərbəsi endirildi. Beşi qadın olmaqla, 10 nəfər
dinc sakin həlak oldu. Həmçinin 10-u qadın, 9-u azyaşlı olmaqla 34 nəfər
yaralandı.Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 1
radələrində Gəncənin mərkəzi hissəsini növbəti dəfə raket atəşinə tutması
nəticəsində 13 nəfər həlak oldu, 45-dən çox insan yaralandı, çoxsaylı mülki
infrastruktur obyektinə, nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəydi. Ölənlərdən
3-ü azyaşlı uşaq, 4-ü qadındır.
Sentyabrın 27-dən bu günə qədər
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini ağır
artilleriyadan və raket sistemlərindən atəşə tutması nəticəsində 60-dan mülki
şəxs həlak olub, 300-ə yaxın insan xəsarət alıb. Həmçinin Ermənistan ordusunun
intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1704 ev, 90 çoxmənzilli
yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.
Bu riyakarlığın adı yoxdur. Düşmənin bu təxribatları, xain hücumları xalqımızın
iradəsini qıra bilmədi və bilməyəcək.
Sözsüz ki, biz bu qələbəmizlə Azərbaycan
tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu
yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın
iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk
edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı
ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.
Vətən
torpağımız tamlaşdı və bütövləşdi. Bu bütövlük təkcə ərazicə yox, həm də
hər bir kəsin baxışında, duruşunda, əzmində, danışığında özünü büruzə
verdi.Mübarizəmizin mənası, qayəsi bütöv Azərbaycan oldu. Çünki son 30 illik
bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil, bütünlükdə
Azərbaycan Respublikası, müstəqilliyimiz, ərazi bütövlüyümüz idi. Eyni
zamanda bir xalq olaraq böyüklüyümüzü, bir amal uğrunda dövlətimizin yürütdüyü
siyasəti dəstəklədiyimizi, səfərbər olduğumuzu beynəlxalq ictimaiyyətə nümayiş
etdirdik.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev də, Azərbaycan
hökuməti də, cəbhədə-səngərdə düşmənlə üz-üzə dayanan, işğal olunmuş
torpaqlarımızı qarış-qarış düşməndən azad edən əsgərimiz də, əsgər yolu
gözləyən valideynlər də, övladlar da, bir sözlə, bütün vətəndaşlarımızın bütün
gücü Qarabağ uğrunda mübarizədə səfərbər oldu . Qarabağ uğrunda döyüşən
əsgərlərimizin böyük əksəriyyəti Qarabağı görmədən sevdilər. O sevgi ki,
uğrunda şəhid olacaq qədər. Onlar anadan olanda artıq mənfur düşmənin işğal
planları reallaşmışdı.Gənclər Qarabağı yalnız kitablardan, kinofilmlərdən, internet
materiallarından tanıyırdılar. Lakin onlar cəbhədə böyük ürəklə və inamla döyüşdülər. Bölgəsindən, milliyətindən,
dinindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının ürəyi Qarabağla döyünürdü.
Dövlətimizin yürütdüyü güclü azərbaycançılıq ideologiyası uşaqdan-böyüyə bizim
hamımızı, Azərbaycanda yaşayan bütün millətləri və xalqları bir amal ətrafında
sıx birləşdirdi. Azərbaycan tarixinə şanlı tarix yazıldı. Bu günlərin hər
saatı, hər dəqiqəsi bir dastandır. Sülh yolu ilə həllindən başqa yol yoxdur deyənlərin cavabıverildi.
Vətən müharibəsi
insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir
təfəkkür hadisəsini - qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini
həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və
enerjisi bəxş etdi. Qələbə Vətən üçün ümummilli iftixar hissi yaradır. Məmməd
Arazın "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misraları
qəlblərə və zehinlərə nüfuz edir. Qalib olduğumuz Vətən müharibəsində
azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, Vətən mənsubiyyəti etnik
çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44
gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin Dəmir
Yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq
kimi birləşən xalqımız həm öz möhtəşəm Birliyi ilə, həm də bu birlikdən
qaynaqlanan Gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını
əzdi.
Azərbaycan Ordusu düşmənə
istənilən cavabı verməyə qadirdir və verdi.
Gülmirə Səfərova,
YAP Neftçala rayon təşkilatı, Mədəniyyət Ərazi Partiya təşkilatının fəal üzvü
Digər xəbərlər