Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur
22 aprel 2022 – ci ildə Azərbaycanın qədim mədəniyyət
mərkəzi olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayı – Zəfər
Qurultayı başlayıb.
Qurultay Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin çıxışı ilə başlayıb.
Qonaqları səmimiyyətlə
salamlayan prezident ilk növbədə Vətən uğrunda canından keçən, qəhrəmancasına həlak
olmuş şəhidlərimizi xatırlamış onların xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir.
Bu qurultayı “Zəfər
Qurultayı” adlandıran prezident İ.Əliyev bildirmişdir ki, bu gün ilk dəfədir
ki, Dünya azərbaycanlıları müzəffər xalq kimi bir araya gəlir. Biz əbaədi
olaraq qalib xalq və qalib dövlət kimi yaşayacağıq. Bu bütün azərbaycanlılar
üçün böyük xoşbəxtlikdir.
Müstəqillik dövründə
yetişən, vətənpərvərlik ruhunda tərbiyələnən gənclərimiz bu tarixi qələbəni Azərbaycan
xalqına yaşatmışdır.
2001 – ci ildə Dünya Azərbaycanlılarının I
qurultayı keçirilərkən Ulu Öndər Heydər Əliyev çıxış edərək Qarabağ poblemi ilə
bağlı öz fikirlərini bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü
bərpa edəcək, Azərbaycan xalqı öz dədə - baba torpaqlarına qayıdacaq.
Bü gün Ulu Öndərin bütün
arzuları gerçəkləşib. Bu arzulari gerçəkləşdirən Azərbaycan xalqının
əzmi, Azərbaycan əsgərinin gücü
və Vətən sevgisidir. Azərbaycan xalqı 30
il öz ata – baba yurduna həsrətlə yaşadı.Vətən sevgisi, vətənə həsrət gənclərimizdə
Vətənpərvərlik ruhunu daha da gücləndirdi. Onların hər an işğal altında olan
torpaqların azad olması üçün canlarından keçməyə hazır idilər.
44 günlük müharibədə canlarından keçən, sağlamləqlarını
itirən gənclərin heç biri Qarabağda olmamış, buranın gözəlliyini görməmişdilər.
Bütün bunlara baxmayaraq Vətə sevgisi onları ölümə apardı.
Azərbaycan xalqının bir
yumruq kimi birləşməsi,əsgərlərimizin göstərdiyi fədakarlıq tarixi zəfərimiz sübut etdi ki, Azərbaycan
xalqı bir qarış torpağını belə düşmən tapdağında qoymayacaqdı.
Ordumuzun qələbəsi,torpaqlarımızın
azdlığı bu gün bizi Şuşada görüşdürür. Xalqımız üçün bundan böyük xoşbəxtlik
ola bilməz.
30 il ərzində
torpaqlarımızın sülh yolu ilə qayıdacağına ümid edən xalq sanki bunun müharibəsiz
mümkün olmayacağını da duyur, hiss edirdi. Bu müddət ərzində artıq güclüordumuz
formalaşmış, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyələnmişdi.
1992 – ci ildən fəaliyyət
göstərən Minsk qrupu isə faktiki olaraq ermənilərin mənafeyinə xidmət edir, bu
işğalı əbədiləşdirmək istəyirdi. 28 il fəaliyyət göstərən Minsk qrupunun fəaliyyətinə,demək
olar ki, 2019 – cu ildə son qoyulmuşdur. Çünki Ermənistanın yeni rəhbərliyi öz
çıxısında “Qarabağ Ermənistandır və nöqtə”
deməklə danışıqlar prosesinə son qoymuşdur. Bu çıxışdan sonra, təbii ki, Minsk
qrupunun hər hansı fəaliyyətindən söhbət belə gedə bilməzdi. Ermənistan rəhbərliyinin
bu fikri isə qəbulolunmaz idi. Prezidentimiz bunun qəbulolunmaz fakt olduğunu
bildirmiş, “Qarabağ Azərbaycandır və nida” – deyərək Ermənistan rəhbərliyinin
çıxışına öz etirazını bildirmişdir.
Bütün bu olanlar artıq
tarixi şəraitin yetişdiyindən , müharibənin qaçılmaz bir gerçəklik olacağından
xəbər verirdi. Nəhayət ki, 2020 – ci ildə gerçəkləşən 44 günlük müharibə xalqımızın əzmini, iradəsini,
ordumuzun yenilməzliyini,
Prezidentimizin isə bir sərkərdə, həm də əvəzolunmaz siyasi xadim olaraq gücünü
bütün dünyaya nümayiş etdirdi.
Prezident İ.Əliyev öz
çıxısında vurğulamışdır Ki, mən dəfələrlə I Qurultaydan sonra keçirilmiş Dünya
Azərbaycanlılarının qurultayında bildirmişdim ki, biz heç vaxt bu işğalla
barışmayacağıq.Nəyin bahasına olursa – olsun torpaqlarımızı geri qaytaracayıq. Beynəlxalq hüququn norma və
prinsiplərinə və Dünyanın aparıcı beynəlxalq təşkilatlarının Azərbaycanın
mövqeyini dəstəkləyən qərar və qətnamələr
qəbul etməsi bu münaqişənin sülh yolu ilə
həll olunmasına zəmin yaradırdı. Əfsus ki, Ermənistan rəhbərliyi bu işğala son
qoymur və güman edirdi ki, Azərbaycan xalqı və Azərbaycan dövləti bu acı həqiqətlə
barışacaq. Amma bu mümkün deyildi.Biz bir dövlət və biz bir xalq olaraq bununla
heç vaxt razılaşa bilməzdik.
Vətən müharibəsində göstərdiyimiz
iradə, qətiyyət, döyüş meydanındakı qəhrəmanlıq bunu bir daha təsdiq etdi.
44 günlük müharibə ərzində
300 – dən çox şəhər və kəndi döyüş meydanından azad etmiş Azərbaycan əsgərinin
qəhrəmanlığı haqqında nə qədər danışılsa, əsərlər yazılsa, mahnılar bəstələnsə
yenə də bu şücaətoi olduğu kimi əks etdirmək, ifadə etmək çətin olar.
Biz – Azərbaycan xalqı
olaraq inanırıq ki, xalqımız bir daha məğlubiyyət acısı hiss etməyəcək, körpələrimiz
sülh şəraitində böyüyəcək,xalqımız əmin – amanlıq içində yaşayacaq. Çünki bizim
müzəffər Ali Baş Kamandanımız, yenilməz ordumuz və Vətən uğrunda hər an
canından keçməyə hazir olan əsgərlərimiz var.
Pürüzə Mehtiyeva,
YAP Neftçala rayon təşkilatı
Təhsil Ərazi Partiya təşkilatının fəal üzvü
Digər xəbərlər