Ulu Öndər öz müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmışdır
2022-05-07
Baxış: 364
Bu gün hər bir azərbaycanlı üçün unudulmaz bir tarixdir. Məhz bu gündə xalqımızın çoxəsrlik tarixində yetirdiyi ən böyük dahi şəxsiyyət, siyasi xadim, ümummilli liderimiz Heydər Əliyev dünyaya gəlmişdir. Bu böyük şəxsiyyət öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və xalqımızı gələcəyə aparan yolları müəyyən etmişdir. Heydər Əliyevin adı tariximizin elə hadisələri ilə bağlıdır ki, onlar xalqımızın həyatında böyük, başlanğıc olmuşdur. Dövləti qurmaq və idarə etmək təcrübəsinin ən dəyərli və mükəmməl təcrübəsini əxz etmiş və öz fəaliyyətini ardıcıl həyata keçirmiş Heydər Əliyev özünün dövlətçilik ictimai siyasi proseslərə rəhbərlik etmək təcrübəsi əsasında böyük məktəb yaratmışdır.
Heydər Əliyev qüdrətli, qəlbləri fəth etmək qabiliyyətinə malik heç kimə bənzəməyən böyük şəxsiyyət idi. Azərbaycanlı olması ilə fəxr edir, fərəhlənirdi. Sözün əsl mənasında Ümummilli lider, dünya şöhrətli siyasətçi idi. Əbədi liderimiz Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmiz böyük bir inkişaf yolu keçmiş, Avropaya inteqrasiya yoluna qədəm qoymuşdur. 1993-2003-cü illərdə Heydər Əliyevin böyük səyləri sayəsində xalqımızı vətəndaş qarşıdurmasından, məhv olmaq təhlükəsindən xilas olmuş, gənc Azərbaycan dövləti bütün dünyada tanınmış, ölkəmizin iqtisadiyyatı inkişaf etmiş, xalqımızın həyat şəraiti, sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır. Ölkəmizə rəhbərlik etdiyi ilk dövrlərdə ölkənin inkişafı, çiçəklənməsi üçün görülən işləri miqyasına yetirəndə heyrətlənməmək olmur. O dövrdə xalq təsərrüfatının bütün sahələrində sənaye, aqrar sahə, səhiyyə, elm, təhsil, mədəniyyət, eləcə də rabitə və digər sahələrdə görünməmiş yüksəliş, inkişaf baş vermişdir.
Heydər Əliyev müdrikliyinin İlham Əliyev siyasətinin nəticəsidir ki, bugün xalqımız sabitlik və əmin-amanlıq içərisində yaşayır, ölkəmiz bütün sahələrdə inkişaf edərək beynəlxalq aləmdə özünə məxsus layiqli yer tutur, dövlətimiz möhkəmlənir və dünyada nüfuzlu dövlətlər sırasına çıxır. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
Cismən xalqdan ayrılmış və Vətən torpağının qoynundq əbədiyyətə qovuşmuş o böyük insanın zəngin fəaliyyəti bizim hər birimiz üçün həyat məktəbidir. İndi bizim borcumuz Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycanı göz bəbəyi kimi qorumaq və yaşatmaq, onun göstərdiyi yolla gedərək ölkəmizin qüdrətini daha da artırmaq, xalqımızın daha firavan yaşamasına nail olmaqdır.
Fəxrlə demək olar ki, bu gün Azərbaycan Ulu Öndərimizin siyasi varisi, hörmətli prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bu yolda inamla irəliləyir.
Aygün Musayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər
2021-11-04
2023-04-18