Heydər Əliyev – müasir Azərbaycanın memarı, ən böyük azərbaycanlı!
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz
müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan
dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil,
güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq
qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir. Ümummilli lider
Heydər Əliyevin siyasi obrazı Azərbaycan xalqının dövlətçilik şüurunun, tarixin
sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi
fikrin ən davamlı keyfiyyətlərinin canlı mənzərəsidir. Bu məqam Heydər Əliyevin
Azərbaycan xalqının Ümummilli lideri olması həqiqətinin hər kəs tərəfindən etirafıdır.
Onun adı Azərbaycan tarixinə görkəmli ictimai-siyasi xadim, qüdrətli dövlət adamı,
müstəqil dövlətçiliyimizin memarı kimi həkk olunub. Müasir, müstəqil Azərbaycan
Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq
ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad
mənbəyinə çevrilib. Hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam
və etibarlı təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas
iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu, Ümummilli lider
Heydər Əliyevin fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi
islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində
mümkün olmuşdur. Heydər Əliyev 1993-cü ildən – müstəqil Azərbaycana rəhbərlik
etdiyi ilk dövrdən müasir dünya düzəninin inkişaf meyillərini uzaqgörənliklə
qiymətləndirərək, çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf yolunu seçdi. Bu yol
isə demokratiya və insan hüquq və azadlılaqırının təntənəsindən, iqtisadiyyat
üzərində dövlət inhisarçılığının aradan qaldırılmasından, sahibkarlığın inkişaf
etdirilməsindən, iqtisadiyyatın liberallaşdırılmasından başlayır. Ümummilli
Liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda
iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici
investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət
qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun
yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndər Heydər
Əliyevin lider kimi böyüklüyü onun daim strateji hədəflərə hesablanmış və milli
məqsədləri önə çəkən siyasət yürütməsi idi. Bu gün Azərbaycanımızın günü-gündən
çiçəklənməsinin səbəbkarı məhz təkrarolunmaz liderimiz Heydər Əliyevin apardığı
uğurlu siyasətin nəticəsidir. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanda siyasi
hakimiyyətə birinci gəlişi ilə ölkəmizin ən yeni tarixindən yeni bir tərəqqi mərhələsinin
əsasını qoydusa, ikinci gəlişi ilə çətinliklə əldə etdiyimiz müstəqilliyimizin
və dövlətçiliyimizin daha da möhkəmlənməsinə şərait yaratdı. Məhz buna görə də,
ömrünü xalqının yolunda şam kimi əridən
Ulu öndərimiz Heydər Əliyevi xalqımız sevib və əbədi olaraq sevəcək. Bu gün
Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir.
Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili
siyasət Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin təməlində isə Azərbaycan
dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının
inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşması durur. Vətən Müharibəsində
qazanılmış möhtəşəm Zəfər Ulu Öndər siyasi ənənəsinin uğurlu tətbiqinin nəticəsi
idi. Şuşanın azad edilməsi zamanı Cənab Ali Baş Komandanın səsləndirdiyi “Xoşbəxt
adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözləri bu böyük Zəfərin əsaslarında
məhz Ulu öndər Heydər Əliyevin arzu və istəklərinin dayandığını bir daha sübut edirdi.
Azərbaycan bu gün cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq
sabahlarına doğru addımlayır. Davamı müstəqil Azərbaycan dövlətinin ömrü qədər sonsuz
olan bu yolda hər bir fədakar vətəndaş Heydər Əliyev ideyalarına sadiq olmalı, Müzəffər
Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməlidir.
Fərhad Baxışov;
Gənclərin İnkişaf və Karyera Mərkəzinin
Digər xəbərlər