Neftçala rayonunda Kimyaçılar gününə həsr olunmuş tədbir keçirilib.

2022-06-02 Baxış: 567
img

Neftçala Rayon İcra Hakimiyyəti  və YAP  Neftçala rayon təşkilatının təşkilatçılığı ilə “Azər Yod” MMC-də Kimyaçılar günü qeyd olunub.

 

Tədbirdə Neftçala RİH başçısı Mirhəsən Seyidov, YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, RİH- məsul şəxsləri, Azər Yod MMC-nin baş direktoru, idarə, müəssisə, təşkilatların məsul şəxsləri və zavodun  işçi kollektivi iştirak edib.

İlk öncə zavod ilə geniş tanışlıq təşkil olunub və yod istehsalı ərazisinə baxış keçirilib.

Sonra Kimyaçılar gününə həsr olunmuş tədbir başlayıb. Tədbirdə çıxış edən “Azər Yod” MMC-nin baş direktoru Rəşad Xəlilov  “Azər Yod”  MMC haqqında tədbir iştirakçılara geniş məlumat verib . Daha sonra çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev  Ulu öndər  Heydər Əliyevin 1979-cu ildə Neftçala rayonuna səfəri zamanı zavodun tikintintisinə birbaşa nəzarəti, onun müdrikcəsinə və uzaqgörənliklə söylədiyi “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” fikri,  Prezident İlham Əliyevin Neftçala rayonuna  səfərləri çərçivəsində zavoda baş çəkməsi barəsində danışaraq ölkə rəhbərinin doğma Neftçalamıza, onun neft və kimya sənayesinə diqqətindən və qayğısından bəhs etmiş, müəssisədə çalışan əməkdaşların partiya sıralarında göstərdikləri fəallıqları xüsusi qeyd etmişdir.

 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Kimyaçılar günü münasibətilə “Azər Yod” MMC-nin əməkdaşlarını təbrik edib, Azərbaycanda yeganə yod zavodu olan “Azər Yod” MMC-nin regionumuz üçün vacib amil olduğunu diqqətə çatdırıb və kollektivə çətin işlərində uğurlar arzulamışdır.

“Azər Yod” MMC-nin baş direktoru Rəşad Xəlilov  Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və partiya sıralarında öz fəallıqları ilə seçilən bir neçə zavod  əməkdaşı isə YAP Neftçala rayon təşkilatı tərəfindən  xatirə hədiyyələri ilə təltif olunmuşdular.

 

Tədbir Neftçala Mədəniyyət Mərkəzinin musiqiçilərinin hazırladığı konsert proqramı ilə davam etmişdir.

 

Sonda “Azər Yod” MMC-nin əməkdaşları ilə xatirə şəkili çəkdirilmişdir.