Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

2022-06-20 Baxış: 474
img

Heydər Əliyev tarixmizdən bizə  miras qalmış dövlətçilik ənənlərini müasir meyarlar ilə ölçülə bilən şəkildə özündə birləşdirə bilən şəxsiyyətdir.

Hələ Sovet hakimiyyəti dövründə onun fəaliyyətini analiz etsək görərik ki, bu dahi şəxsiyyət bütün qadağalar çərçivəsində belə öz missiyasına nə qədər sadiq olmuşdur.

Azərbaycan xalqının ümmmilli lideri Heydər Əliyevin nadir şəxsiyyəti, titanik fəaliyyəti və parlaq obrazı ümumdünya tarixi prosesləri kontekstində yanaşdıqda daha iri planda və bütün əzəməti ilə görünür. 

Ulu öndər Heydər Əliyevin həyatının hər bir anı belə qiymətləndirilir:

xilaskarlıq missiyası, müdriklik nümunəsi.

24 İyun 1993-cü il - Azərbaycanın siyasi tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı, yaxud tarixi dönüş nöqtəsi  hesab olunur.
Təbii ki, bu şəraitdə Azərbaycan vətəndaş müharibəsi, müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Belə bir situasiyada xalqımız 1993-cü ildə parçalanmaq təhlükəsi ilə üzləşən Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə rəhbərlik edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Heydər Əliyev Azərbaycan parlamentinin Sədri seçildi. 1993-cü il iyunun 24-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədr kimi Prezident səlahiyyətlərini icra etməyə başlaması ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu.

 Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

 Həmin tarixi dövrün qanunauyğunluqlarına və reallıqlarına bir daha nəzər yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, qeyri-formal milli dövlət və modern cəmiyyət quruculuğu prosesinin sistematik surətdə əsası qoyulmamışdan öncə ölkə daxilində bir sıra dağıdıcı ünsürlərin qarşısının alınması, diskriminasiya və kataklizmlərlə müşayiət edilən xaotik proseslərin neytrallaşdırılması, bütün bunların fonunda isə siyasi sabitliyin təmin edilməsi lazım idi ki, Ümummilli Lider Heydər Əliyev, ilk növbədə, sadalanan strateji vəzifələr üzərindən hərəkət edərək buna nail oldu.

Qədirbilən xalqımızın hər bir nümayəndəsi  Heydər Əliyev fenomeni, dahi şəxsiyyətin Azərbaycan tarixindəki rolu, xalqımıza bəxş etdiyi misilsiz töhfələr barədə özünəməxsus şəkildə fikirlər söyləyir: “Heydər Əliyev uçurumun bir addımlığında olan dövlət müstəqilliyimizi məhv olmaqdan xilas etdi”, “Azərbaycanın bu gün dünyaya səs salan hərtərəfli inkişafı Heydər Əliyev siyasi kursunun təntənəsidir”, “Ulu öndərin ən böyük nailiyyətlərindən biri ölkəmiz üçün Şərqlə Qərb arasında möhtəşəm körpü salmasıdır” və sairə ifadələrin hər biri özündə dəyərli həqiqəti əks etdirir. Həmin ifadələrin hamısına hörmətlə yanaşır, yüksək qiymətləndiririk.

 

         Heydər Əliyevin xilaskarlıq missiyasını daha bir bariz nümunəsi onun Vətən üçün xalqını canından çox sevən övlad-tarixi şəxsiyyət yetirməsi oldu. Ərazi bütövlüyümüz uğrunda apardığı 44 günlük haqq savaşından dünya qarşısına yeni bir Azərbaycan modeli ilə çıxan Dövlət başçımız bütün çıxışlarında ata vəsiyyətini yerinə yetirdiyini deyir. Bu gün Azərbaycan dünya  qarşısına yeni reallıqlarla çıxa bilən bir ölkədirsə bütün bunlar Heydər Əliyevin özünün siyasi kursunun layiqli davamçısnı yetirə bilmək bacarığından bəhrələnib. Dövlət başçımız İlham Əliyevin fəaliyyətinin hər bir məqamında Heydər Əliyev dühasından ilhamlandığını aydın görürük.

 

         Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Prezidentin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxsahəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq.

 

Fərqanə Ağalarova

 

YAP Neftçala rayon təşkilatı Cəngən kənd Ərazi Partiya təşkilatının sədr müavini.