Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı
2022-06-26
Baxış: 420
Azərbaycan ordusu xalqımızın iftixarı, qürur mənbəyidir. Milli ordumuzun varlığı, qüvvəti-Vətənimizin səsidir. Bu gün dövlətimizin gücü, zəfərimizin sorağı bütün dünyada eşidilməkdədir. Bu Azərbaycan xalqının, bizim qəhrəman oğulların vətən sevgisi ilə siahlanmış birlik gücü, ordumuzun qətiyyəti, mütəşəkkilliyi, Müzəffər Ali Baş Komandanımızın bu illər ərzində dövlətçilik tariximizin möhkəmənməsi istiqamətində apardığı düşünülmüş siyasətinin nəticəsidir. Azərbaycan ordusu 30 illik işğala son qoydu.Torpaqlarımızın azadlığı, xalqımızın haqq işinin bərpası həyata keçdi. Doğma ocaqlara olan həsrət bitdi. Biz babalarımızıdan miras qalan tariximizə, torpaqlarmıza, ocaqlarımıza qovuşduq. Lakin mənfur düşmən vandallığını etmişdi. Viran qoymuşdu bizim cənnət diyarımızı. Bu gün mərd oğullar sayəsində Azərbaycan haqq işinin bərpasına nail olaraq həmin ərazilərdə böyük quruculuq işləri ilə dünyanı heyrətə gətirməyi bacarmışdır. Bu bizim xalqımızın vətən müqəddəsliyinə verdiyi dəyərdir. Düşüncəsi, əqidəsidir. Vətəni necə sevməyin aynasıdır- Azərbaycan Ordusu. İllərlə sizi vəsf etməyi diləmişdik Uca Tanrıdan, Azərbaycan Ordusu! Sən qalibsən! Sən müjdəsən! Sən cəng səsim, qalibiyyət nəğməmizin nəfəsisən, ZƏFƏRİMSƏN!. Min-min nigaran ruhların baxışısan, intiqamı, ağrısısan, harayının göz yaşısan, sevincinin bayrağısan, torpaq üstə əbədiyyət meyarısan, zirvəsində ay ulduzlu bayrağımın qalasısan-Azərbaycan ordusu! Yaşa, var ol, ucal daim, AZƏRBAYCAN ORDUSU!. Biz Azərbaycan ordusu ilə fəxr edirik. Fəxr edirik ki, tarixin dönəmlərindən alnıaçıq çıxan ordumuz bu gün bütün dünyada öz şərəfi ilə, qüruru ilə tanınır. Adı çəkiləndə düşmən lərzəyə düşür. Bu iftixar hissin yaşadan hərbçilərimizi Allah qorusun. Bu yolda candan keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizin Vətən yolunda aldığı yaralara Allah məlhəm versin deyirik. Amin. Hərbçi olmaq, vətəni müdafiə etmək o qədər müqəddəsdir ki, Vətən müharibsində 3000 nəfərə yaxın şəhid versək də, nə qədər qazilərimiz olsa da, bu gün hərbçi olmaq arzusunu reallaşdırmaq istəyən neçə-neçə məzun ərizə verir. Bu arzu ilə qəbul imtahanlarına qoşulurlar. Əsgər olmaq, hərb sənətində çalışmaq, bu sənətin mahiri olmaq şərəfdir! Onlar mübarizlər, poladlar, camallar, samidlər davamçısı olacaqlar. Artıq ikinci ildir ki, biz “26 İyun Silahlı Qüvvələr Günü”nü Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla zəfər qazanan Azərbaycan ordusunun qalibiyyət sevinci ilə qarşılayırıq. Bu sevinc hər bir azərbaycanlının gözlərində, ürəyindədir. Biz bu yolda ordumuzla bərabərik daim müntəzir. Azərbaycan ordusu yarandığı ilk gündən Azərbaycanın ərazi bütövlüyü üçün mübarizə aparmışdır. İlk mütəşəkkil Azərbaycan Milli Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdə formalaşmış, təşkili haqqında qərar qəbul edilmişdir. Öz zəngin təbii sərvətləri, əlverişli ərazisi ilə daim düşmənləri azalmayan Azərbaycan, Xalq Cümhuriyyətinin yarandığı ilk günlərdə bilirdi ki, ordu yaratmaq, müdafiə gücünü artırmaq vacibdir. Bu məqsədlə 1918-ciil mayın 28-də qəbul edilmiş “İstqlal bəyannaməsində” qeyd edilmişdir ki, Azərbaycan özünü xarici müdaxiləçilərdən müdafiə etməlidir, daxili düşmən qüvvələrinin qarşısını almağı bacarmalıdır, nizami ordu, öz silahlı qüvvəlirini yaratmağı bacarmalıdır. Bu sahənin yaradılması üçün 25 min nəfərlik ordunun vacibliyı irəli sürüldü. Bu məqsədlə Hərb Nazirliyi yaradılır və ilk hərbi nazir Xosrovbəy Sultanov təyin eilir. Daha sonrakı dönəmlərində onun yerinə Səməd bəy Mehmandarov, müavini isə Əliağa Şıxlinski təyin olunur. Elə Azərbaycanın ilk hərbi paradı da 1919-cu ildə Bakı şəhərində keçirilib. Beləcə, 26 İyun 1918-ci ildə imzalanmış qərara əsasən, Müsəlman Korpusunun adı dəyişdirilir, elə həmin gün də - Silahlı Qüvvələr günü olur. Lakin cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin süqutu milli ordumuzun taleyində qara xəttə çevrildi. Və uzun bir dövr üçün Sovetlər İttifaqının tərkibində yaşayan Azərbaycan Sovet Respublikasında ordu quruculuğu müəyyən çətinliklər dönəmindən keçdi. Nəhayət ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə yenidən quruculuq işlərini artırdı. Lakin bu heç də asan baça gilmidı. Bir tərəfdən hərb sahəsində olan boşluq, bir tərəfdən də Qarabağ uğrunda gedən döyüşlərin ağırlığı böyük çətinliklər yaradırdı. Lakin həmin dövrdə yaradılan könüllü batalyonlar nizami orduya doğru ilk ciddi addımlar oldu. Və biz atəşkəsdən sonra 1994-cü ildən 2020-ci ilə qədər olan dönəmdə hərbi qüvvəmizi, Azərbaycan Silahlı Qüvvələrini inkişaf etdirərək-Qalib Ordu kimi zəfər yürüşünü izlədik. Bu yolda Ulu Öndər Heydər Əliyev ideyaları cətinliklərdən aydınlığı doğru yolumuzda işıq oldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və adıçəkilən rayonların 300-dən çox yaşayış məntəqəsi azad edildi. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. 44 gün ərzində müntəzəm surətdə fərqli mənbələrdən və ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan bununla tarixi ədaləti bərpa etdi. Yaşasın Qalib Azərbaycan Ordusu!
Bədirə Həsənqızı;
Neftçala rayon sakini, yazıçı-publisist
Digər xəbərlər
2021-11-04
2023-04-18