Neftçala rayonunda ideoloji maarifləndirmə tədbirləri çərçivəsində növbəti tədbir keçirilib.
İyul
ayının 21-də YAP Neftçala rayon təşkilatı və Neftçala Rayon İcra Hakimiyyətinin
birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin cari ilin 15 iyul tarixində
keçirilmiş 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışı
ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir. Neftçala rayon Heydər Əliyev
Mərkəzində keçirilən tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev,
Neftçala Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev, Ərazi Partiya təşkilatlarının sədrləri
və üzvlər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının
sədri Ülvi Fərzəliyev cari ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə
Prezident İlham Əliyevin toxunduğu əsas məsələlər barədə tədbir iştirakçılarına
məlumat vermiş, son illər ərzində ölkəmizin xarici siyasət sahəsində qazandığı
uğurlardan və Azərbaycanın beynəlxalq arenada gündən günə artan nüfuzundan bəhs
etmişdir. Ülvi Fərzəliyev Qoşulmama Hərəkatının üzvləri olan dünyanın 120 ölkəsinin
Azərbaycana yenidən böyük etimad göstərərək sədrliyimizin 2023-cü ilə qədər
uzadılmasının əhəmiyyətini və bu işdə dövlət başçısı cənab İlham Əliyevin
apardığı uğurlu xarici siyasətin xüsusi rolunun olduğunu qeyd etmişdir. Daha sonra rayon təşkilatının sədri Avropa
İttifaqı ilə aparılan sıx əməkdaşlıqdan, Avropa tərəfindən Azərbaycana yeni
layihələrin təqdim edilməsindən və eyni zamanda Amerika-Azərbaycan əlaqələrinin
inkişafı istiqamətində atılan addımlar haqqında tədbir iştirakçılarına məlumat
vermişdir.
Neftçala
Rayon İcra Hakimiyyəti Başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini Vasif Əliyev də
çıxış edərək dövlət başçısı tərəfindən ölkəmizin inkişafı üçün atılan
addımlardan, aparılan uğurlu siyasətdən və hazırda həyata keçirilən
islahatlardan danışmış, iqtisadi sahədə altı ay ərzində görülmüş işlərin həmin
islahatların nəticəsinin bariz nümunəsi olduğunu tədbir iştirakçılarının diqqətinə
çatdırmışdır. Vasif Əliyev həmçinin Azərbaycan-Ermənistan əlaqələrinə münasibət
bildirərək Vətən müharibəsindən 1 il 8 ay keçməsinə baxmayaraq qarşı tərəfin üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirməməyindən də bəhs etmişdir. Ermənistan tərəfinin
yenidən Minsk qrupunu dirçəltmək cəhdlərinin mənasız olduğunu vurğulamışdır. Cənab
Prezidentin dediyi kimi 28 il ərzində heç bir nəticə hasil etməyən Minsk
qrupunun fəaliyyətsizliyi və həmsdərlər
tərəfindən bu instituta son qoyulduğu qeyd edilmişdir.
Daha
sonra Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova “Azərbaycanın
enerji imkanları bir çox ölkələr üçün böyük önəm daşıyır” mövzusunda, Neftçala
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının
“Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin
müdiri İlqar Həsənov “Azərbaycan
Qarabağı və Zəngəzuru yenidən qurur” mövzusunda, Neftçala rayon Maliyyə Şöbəsinin
müdiri Cəlal Rəsulov “Büdcə təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib”
mövzusunda, Dövlət Sosial Müdafiə
Fondunun rayondakı nümayəndəsi Elşən Hətəmov “Son müddət ərzində əməkhaqları
artıb” mövzusunda, Neftçala DAİM-in hüquqşünası “İqtisadi artım göstəriciləri”
mövzusunda çıxışlar etdilər. Natiqlərin məruzəsindən sonra çıxışlar ətrafında
müzakirələr aparıldı.
Digər xəbərlər