“Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”
Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması
Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən
onun dilidir” - deyən
Ümummilli liderin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan
SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit
edildi. Məhz həmin dövrdə Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə
başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi
tədqiqat materialları və yüzlərlə kitablar nəşr olunmuşdur. Dahi liderin siyasi
hakimiyyətə ikinci dəfə qayıdışından sonra da milli dəyərlərimizin ən
qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin
saflaşdırılması və inkişafı istiqamətində mühüm işlər görüldü. Ana dilimizin
əbədiyaşarlığı üçün vacib addımlar atıldı. Azərbaycan Respublikası
Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbit
edilmişdir. Ulu öndərin qəbul etdiyi “Dövlət dilinin tətbiqi işinin
təkmiləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli fərman və “Azərbaycan
Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm
dövlət sənədləridir. Azərbaycan dilinin və
əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və
gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq
soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Bu gün Azərbaycan
Respublikasının Müzəffər Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli
adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Böyük inam və qətiyyətlə deyə bilərik ki, bu gün
dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə
möhtəşəm layihələrə imza atan Birinci Vitse-prezident Mehriban xanım
Əliyevadır. Ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004 cü il 12 yanvar tarixli
Sərəncamı ana dilimizə dərin ehtiramın təcəssümüdür. Cənab Prezidentin “Azərbaycan
dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir
sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı isə Azərbaycan
dilinin elektron məkanda daha geniş istifadəsi məqsədini daşıyır. “Bizi millət
kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir” Cənab Prezident bu tarixi sözləri ilə dilimizə
ən böyük qiyməti vermişdir.
Gövhər Məmmədova;
Neftçala rayon sakini
Digər xəbərlər