Ölkə Prezidenti cənab İlham Əliyevin bölgələrə müntəzəm səfərləri hərtərəfli dövlət qayğısının təcəssümüdür!
Ölkə başçımız cənab İlham Əliyevin bölgələrə
səfərləri müntəzəm xarakter daşıyır. Məhz onun rəhbərli və nəzarəti
ilə quruculuq-abadlıq işləri
bölgələrdə daha geniş vüsət almışdır. Cənab Prezident İlham
Əliyev şəxsən özü görülən işlərə
ciddi nəzarət edir,
işlərin gedişi ilə yerində maraqlanır, yerli sakinlərlə
görüşür, yeni iş yerlərinin
açılması üçün Dövlət
Proqramları təsdiqləyir. Bu işlərə bacarıqlı iş adamları cəlb edilir. Aparılan quruculuq işlərində
həm yerli sakinlər işlə təmin olunurlar, həm də ölkə iqtisadiyyatı
inkişaf etdirilmiş olur. Bu səbəbdən
bacarıqlı iş adamlarının yerli sakinlərdən olmasına diqqət yetirilir. Cari ilin12
avqust tarixində Müzəffər
Prezidentimizin İsmayıllı rayonuna səfəri, orada
görülmüş işlərlə yerində tanış olması Dövlət başçısının regionların tərəqqisinə
verdiyi önəmin bariz nümunəsidir. Cənab Prezidentin səfər əsnasında Qobustan rayonu ərazisində yerləşən
“Diri Baba” türbəsini ziyarət etməsi tarixi,
dini dəyərlərə verilən qiymətin təcəssümüdür. Qeyd edək ki, 500 ildən çox yaşı olan Azərbaycan xalqının müqəddəs yerlərindən, ziyarətgahlarından
biri olan ”Diri Baba” türbəsi öz nadirliyi ilə bütün Qafqaz bölgəsində seçilir. Bu gün dövlət tərəfindən
milli dəyərlərə verilən qiymətin təcəssümüdür ki, hər bir rayonda, rər bir kənddə
əsrlərdən gələn ənənələr qorunur, inkişaf etdirilir, gələcək nəsillərə
ötürülür. Bu mənada İsmayıllı
rayonunda ata-babalardan miras
qalmış ipək kəlağayı istehsalı ənənəsi yaşadılmaqdadır. Bəli, bir vaxtlar rayonun
Basqal kəndində toxunan ipək kəlağayı dillər əzbəri olmuş, ölkəmizlə yanaşı
xarici ölkələrdə də tanınıb, bəyənilmişdir. Ölkəmizin ən qədim kəndlərindən
biri olan Basqalın qədim
görünüşü bu günə qədər qorunub.
Dövlət dəstəyi ilə kənddə aparılan təmir-bərpa işləri nəticəsində bu gün Basqal
daha da gözəlləşib. Müasirliklə qədimliyin vəhdəti valehedici mənzərə yaradıb.
İsmayıllıya səfər zamanı Cənab Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban xanım Əliyeva
Basqalda kəlağayı istehsalı
ilə maraqlanmış,
bu sənətin qorunması üçün tapşırıq və tövsiyələrini vermişlər. Ölkə başçısı Basqal qəsəbəsində
Azərbaycan televiziyasına verdiyi müsahibəsində buranın qədim simasının qorunub saxlanılmasının, eyni zamanda burada yaşayan insanlar üçün daha yaxşı şəraitin yaradılmasının, iş
yerlərinin açılmasının vacibliyini önə çəkmişdir. Qeyd edək ki, cənab Prezident səfər
zamanı Basqal qəsəbəsindəki
179 otaqlı müasir otelin açılışını etmişdir. Bu da öz növbəsində bölgənin turizm
potensialının
artmasına əlavə kömək olacaqdır. Bundan əlavə Basqaldakı oteldə 300 -ə yaxın
iş yeri açılması
böyük nailiyyətdir. Bu gün ölkəmizin hər bir guşəsində böyük layihələr,
abadlıq-quruculuq işləri geniş vüsət alıb. Məhz bu istiqamətdə dövlətin böyük dəstəyi
çox önəmlidir. Görülən işlər ilk növbədə insanlarımızın rifah halının
yaxşılaşdırılmasına hesablanıb. Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi, infrastruktur
layihələri icra edilmədən inkişafdan söhbət gedə bilməz. Bu gün sürətlə
qloballaşan dünyada ilk növbədə dövlətlər ərzaq təhlükəsizliyi ilə bağlı məsələlərə
diqqət yetirirlər. Ölkə
başçımız cənab İlham Əliyev dövlət
televiziyasına müsahibəsində qeyd etdi ki, bu məqsədlə xüsusi proqram
işlənib hazırlanıb,
yeni növ
subsidiyaların tətbiq edilməsinə start verilib. Azad edilmiş torpaqlarımızda da subsidiyalar nəticəsində
məhsuldarlığın artırılması ərzaq təhlükəsizliyimizin təminatına böyük kömək göstərəcəkdir. Artıq görülən işlər
göz önündədir. Ölkəmiz istənilən sahədə uğurla inkişaf edir. İşğaldan azad
edilmiş ərazilərimizin ümumi iqtisadiyyatımıza inteqrasiyası gələcək nailiyyətlərdən
xəbər verir.
Müzəffər Prezidentimiz cənab İlham Əliyevin
inamla söylədiyi gələcək rifah halımızın yaxşı olacağı hər bir Azərbaycan vətəndaşını
“İnamla İlhamla” şüarı altında iqtisadiyyatımızı yüksəltmək üçün uğurlu layihələrin
iştirakçısına çevirmişdir!
Elmira Tağıyeva
Neftçala rayon sakini, müəllim
Digər xəbərlər