Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev
“Mən
2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs
Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü
qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə
nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”—sözlərinin müəllifi Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev 1961-ci il dekabrın 24-də
Bakı şəhərində anadan olmuşdur. Üç dəfə - 2003, 2008, 2013-cü illərdə Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir. Onun Azərbaycan üçün xidmətləri əvəzsizdir.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi
2003-cü ildən bu vaxtadək olan müddət sürətli inkişaf dövrüdür. Prezident İlham
Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun
hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada
nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq
təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi
çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə
qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları
axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.
Prezident İlham Əliyev
düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirib,
Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində
insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan
həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti
olmaq onun həyat fəlsəfəsidir.
Yaddaşlarda qalacaq ən böyük addımı isə 2020-ci
ildə yazılmış “zəfər tarixi” oldu. 30 illik həsrətə Ali Baş Komandanın Azərbaycanı
layiqincə təmsil etməsi və ordumuzun şücaəti sayəsində son qoyduq. 27 sentyabr
tarixində savaşın başladığını İlham Əliyev xalqa çatdırdı. Elə ilk uğur da həmin
gündən özünü göstərdi. Hamıda bir ümid işığı ilə 44 gün ərzində İlham Əliyevin
çıxışını, yeni azadlıq xəbərlərini həsrətlə dinlədik. Gah sevindik, gah şəhid xəbəri
ilə sarsıldıq. Şuşanın azadlıq xəbəri isə nəinki bizim üçün, bütün türk dünyası
üçün bayram oldu. Prezidentimizin şad xəbəri verərkən kövrəlmiş olması onun vətən
sevgisini, üstümüzə gələn düşmən birliklərini mərdliklə susdurmasının
yorğunluğunu və nəhayət, sona çatdığımızın xəbərçisi idi. Noyabrın 10-da
Qarabağın düşmən tapdağından azad edilməsi böyük təntənə ilə qeyd edildi. Şəhid
ailələrinin və qazilərimizin qiymətləndirilməsi haqqında xüsusi tapşırıqlar
verildi. Tezliklə Qarabağda yenidən quruculuq işləri başlandı. Azərbaycanı çiçəkləndirən
əllər Qarabağa da uzandı.
Bu gün Prezident İlham Əliyev Ümummilli Lider
Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini
davam etdirir. Onun uğurlu siyasəti nəticəsində 30 illik işğala son qoyuldu. Özünün
geniş dünyagörüşü, hərtərəfli biliyi, mədəniyyəti ilə İlham Əliyev xalqın
sevgisini bir daha qazandı. Müharibə dövründə ermənipərəst jurnalistlərin yalan-yanlış
sözlərinə dəlillərlə cavab verib susdurması ilə vətəni və milləti yüksək səviyyədə
təmsil etdi. “Dəmir yumruq” əməliyyatı ilə erməni vandalizminə son qoyuldu.
Uğurlu siyasət nəticəsində artıq Azərbaycan
Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Prezident İlham Əliyev bir çox ölkənin
və beynəlxalq təşkilatların fəxri adları, mükafatlarına layiq görülmüşdür. Azərbaycanda
isə “ilin adamı” seçilmişdir.
Səs
ver, əsgər atası, Ali baş komandana,
Oğlun
əmanət ona, Vətən əmanət ona.
O
millətə inanır, inanır millət ona.
Edək
düşmən üstünə, son həmlə, irəliyə!
İlhamla
irəliyə, İlhamla irəliyə!
Ruhəngiz Nəcəfova,
YAP Neftçala rayon təşkilatının fəal üzvü,
ziyalı
Digər xəbərlər