Andına və xalqına sadiq ŞƏXSİYYƏT!
Bu gün qətiyyətlə demək olar ki, müstəqil dövlətçiliyimizin banisi və qurucusu Heydər Əliyev Azərbaycan xalqının
bütün dövlətçilik tarixi ərzində
miqyasına və səviyyəsinə görə
bənzəri olmayan müdrik şəxsiyyət
olmuşdur. Dahi Şəxsiyyət hər zaman
xalqına və dövlətinə sadiq qalaraq, onun yaşaması, inkişaf etməsi yolunda bir
an belə dayanmadan, usanmadan xidmət etmişdir. Ulu Öndər ölkəmizdə həm birinci,
həm də ikinci dəfə siyasi hakimiyyətdə olarkən Azərbaycan xalqının arzularının, ideyalarının reallaşması naminə
misilsiz fədakarlıq, yorulmaz fəaliyyət göstərdi. Onun zəkasına, dəmir məntiqinə, böyük təcrübəsinədünyanın tanınmış
siyası liderləri, ölkə başçıları
heyran edilər. Heydər Əliyev hər şeydən öncə Böyük İnsan
idi. Onda bir insana məxsus ola bilən zəngin mənəviyyat, kövrək qəlb, güclü
yumor hissi, həssas və duyğulu ürək
var idi. Tanrı onu sanki
ancaq qurub yaratmaq üçün
xalqın qismətinə bəxş
etmişdi. Ulu Öndərimiz
hansı zirvədə olursa-olsun həmişə xalqın
içində idi, xalqla bir
yerdə idi. O, bütün kürsülərdən Azərbaycanın sözünü
deyir, Azərbaycanın mənafeyini müdafiə
edirdi. Heydər Əliyev deyəndə
dövlətçiliyimiz, bütövlükdə həmişəyaşar, müstəqil Azərbaycan
yada düşür. Bu gün müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi sayəsində millətimizin
ən qiymətli sərvəti dərəcəsinə yüksəlmişdir. Məhz 1993-cü ildə Azərbaycan xalqı
düşdüyü ağrı-acılı vəziyyətdən xilas olmaq üçün o zaman Naxçıvanda olan Ulu Öndərə
üz tutması Dövlətimizi parçalanmaqdan, xalqımızı qardaş qırğınından xilas etdi.
Bu addımla bu gün əminliklə deyə bilirik ki, Azərbaycanın əbədi yaşamasına,
inkişafına, tərəqqisinə zəmin yarandı. 15 iyun tarixində xalqın təkidli istəyi
və tələbi ilə Bakıya gələn Ulu Öndər 1993-cü il oktyabr ayının 3-də ölkədə
keçirilən Prezident seçkilərində iştirak etdi. Və dahi Şəxsiyyət bir daha
xalqın ona olan sevgisini, inamını əyani gördü. Qədirbilən Azərbaycan xalqı Ulu
Öndəri 98.84 faiz səslə Azərbaycan Republikasının Prezidenti seçdi. Azərbaycan
xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər
Əliyev kimi Liderə ehtiyacı var. Həyatının mənasını xalqına və dövlətinə xidmət
etməkdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə
gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük
nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Bu gün Heydər Əliyev siyasəti
uğurla davam etdirilir. 2003-cü ildə Ulu Öndərin layiqli davamçısı cənab İlham
Əliyevin xalqımızın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti
seçilməsi tamamilə yeni inkişaf, tərəqqi yolunun başlanğıcı oldu. Bu gün Dahi
şəxsiyyət Heydər Əliyevin
ruhu şaddı. Cənab İlham
Əliyevin uzaqgörən siyasəti nəticəsində 44 günlük Vətən Müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız işgaldan
azad olunub. Şəhidlərimizin qanı
yerdə qalmayıb. Məmnunluqla qeyd
edirik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və hər zaman da yaşayacaq.
Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu möhkəm bünövrə üzərindədir!
Azadə Həsənova;
Neftçala rayon sakini, mədəniyyət
işçisi
Digər xəbərlər