Qəhrəmanlıq və şücaət təcəssümü

2022-10-04 Baxış: 532
img

Cəbrayıl rayonu Azərbaycanın inzibati ərazi vahidi olaraq, özünəməxsus gözəlliyə və strateji əhəmiyyətinə görə düşmən üçün əhəmiyyətli bir mövqe sayılırdı. Mənfur düşmənə öz gücünə sinə gərən Cəbrayıl sakinləri bu doğma yurd yerlərinin qorumaq üçün əllərindən gələni əsirgəmədilər.Lakin düşmən öz məkrli arzusuna çataraq bu torpaqları ələ keçirməyə nail oldu.Elə həmin gündən də ələ keçirilən digər rayonlarımız kimi Cəbrayıl da talanıb dağıldı. Amansız hücumlara sinə gərən bu qədim yurd yerlərindən ötən 30 il ərzində əsər-əlamət qalmadı. Cəbrayıl rayonunu Xəyal şəhəri adlandıran soydaşlarımız bura qədəm qoyarkən sanki viran qalmış bir xarabaligdan başqa burda heç nə görmədilər.Bu il Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 2 il ötür Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib.

Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirib.

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər.


Ülvi Nəhmədzadə,


YAP Neftçala rayon təşkilatı

Qaçaqkənd kənd Ərazi Partiya təşkilatının sədri