“Mən hər zaman qazilərin yanında olacağam” – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.

2022-10-13 Baxış: 712
img
     Müstəqil bir dövlətin vətəndaşı olmaq şərəfli olduğu qədər çətindir. Bacarırsansa mütləq vətəndaş ol, vətənpərvər ol, vətənin üçün əlindən gələni edən biri ol, bacarmırsansa onda müqəddəs hesab etdiyimiz torpağın üstündə gəzmək o “vətəndaşa” haramdır. Vətəninə sadiq, xalqına sadiq, dövlətinə və onun apardığı müqəddəs mübarizəyə sadiq vətəndaş olmaq lazımdır. Ulu Öndər Heydər Əliyevin belə bir kəlamı var: “Hər bir insan gərək eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq vətəndaş olsun”. 
     Mən 44 günlük Vətən Müharibəsinin iştirakçısı və qazisi həyat amalım, məqsədim məhz belə bir mütləq vətəndaş olmaq olub. Belə bir vətəndaş olmaq üçün mənim bir çox səbəblərim var. Vətənimi sevirəm, dövlətimə sadiqəm. Hər zaman dövlətimin, möhtərəm Prezidentimin qayğısını, diqqətini bir qazi kimi üzərimdə hiss edirəm, görürəm. Mən vətənimə olan borcumu yerinə yetirdim, dövlətim isə Birinci Qarabağ müharibəsində zərərçəkmişlərdən tutmuş haqq savaşımız olan Vətən Mübarizəmizin bütün iştirakçılarına qədər, hamımıza olduqca həssas və qayğıkeşliklə yanaşır və daim bu siyasət davam etdirilir. 
     Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan müharibə iştirakçılarına , məcburi köçkünlərə , şəhid ailələrinə , biz qazilərə  hərtərəfli dəstək olaraq hər bir kəsin həyat şəraitinin yaxşılaşdırmaq istiqamətində böyük tədbirlər həyata keçirdi. Bütün çadır şəhərciklərinin 2007-ci ildə ləğv edilməsi, məcburi köçkünlərin şəraitli mənzillərlə təmin edilməsi, müxtəlif müavinətlər ödənilməsi – bütün bunlar müharibədən zərər çəkmiş bir dövlətin özünü necə toparlayıb vətəndaşına sahib çıxmağı demək idi. Bunu Azərbaycan dövləti ona görə bacardı ki, dövlətimiz əmin əllərdə, güclü sərkərdənin, Dəmir Yumruğun əlində idi. 
     Biz Azərbaycan gəncləri öz Ali Baş Komandanımız İlham Əliyevin ətrafında hər zaman birləşib haqq savaşımız üçün istənilən vaxt, əmr olunan vaxt mübarizə aparmağa hazırıq. Biz buna borcluyuq! Çünki biz azərbaycanlıyıq. Vətənini sevən hər bir kəs hər zaman mübarizəyə hazır olmalıdır. Biz mübarizliyimizdə başqası kimi deyil, məhz öz güclü sərkərdəmiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyev kimi olmalıyıq. Onun qətiyyəti kimi qətiyyətə, güclü iradəyə sahib olmalıyıq. Məhz o bizə nümunədir. 
     Möhtərəm Prezidentimiz cənab İlham Əliyev şəhid ailələri və müharibə iştirakçıları ilə görüşdə müharibə əlilləri haqqında demişdir: “ Mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirik. İmkanlar az olanda az edirik, imkanlar çox olanda çox edirik, amma edirik, bu gün də edirik və edəcəyik”.
     Biz məhz o vətəndaşlarıq ki, vətənə borcumuzu layiqincə yetirdiyimizə görə dövlət də bizə diqqət və qayğını özünə daimi borc bildi. 
     Mən, Vətən Müharibəsi qazisi olaraq dövlətimin, xalqımın və Prezidentim naminə Vətənimin keşiyində hər zaman durmağa hazıram. Sağlamlıq imkanlarım cəbhə üçün yararlı deyilsə belə, arxa cəbhədə bütün görəcəyim işlərdə  DÖVLƏTİMİN  YANINDAYAM!  PREZİDENTİMİN  YANINDAYAM! 

Kainat Qurbanov,
Vətən Müharibəsi Qazisi