Füzuli uğrunda döyüşlərdə ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı.
Vətən bu ad o qədər müqəddəs və ucadır ki,bu ad uğrunda mübarizə aparmaq şərəf işidir.
27 sentyabr 2020-ci il düşmən yenə təxribat:Gözü doymayan özgə torpağına göz dikən düşmən cəbhənin ön xəttində mövqelərimiz istiqamətində hücuma keçdi.Həmişə sülhün,sabitliyin ərazi bütövlüyümüzün dinc yolla bərpası tərafdarı olan ali baş komandan düşmənin sülhpərvər olmadığını və onun bu təxribatının qarşısını almaq üçün əks həmlə və əks hücum əmri verdi.
Müharibə sözü səslənəndə iliklər donur,damarlarda qan dayanır.Lakin Müzəffər ordu üçün bu adi bir söz idi,müharibənin xofu ordumuzu bir addım belə geri çəkilməyə vadar etmədi.27 sentyabr 2020-ci il bu dönüş nöqtəsi,bu revanş xalqımızın yaddaşından ömür boyu silinməyəcək.
Xalq başda Ali Baş Komandan olmaqla öz sözünü dedi:Xoşluqla müqəddəs torpaqlarımızı,dədə-baba yurdumuzu vermirsən,zorla alacağıq.Qorxmaz mərd oğullarımız mübarizəyə qalxaraq öz canları,qanları bahasına torpaqlarımızı,üzdən iraq qonşularımızın-ermənilərin murdar nəfəsindən,səsindən,ləpirindən təmizlədilər.30 illik işğal zamanı havadarlarının köməyi ilə silahlanmış,yarılmaz sədd hesab etdikləri Ohanyan sədləri onlara belə kömək olmadı.Rəşadətli ordumuzun qabağında tab gətirməyərək öz döyüş mövqe və silahlarını qoyub qaçdılar.Budur Azərbaycan əsgərinin gücü o heç bir maneə və əngəl tanımır.Qarabağ həsrəti,Şuşa ayrılığı,Xocalı faciəsi,erməni vəhşilikləri igidlərimizi dəmir yumruğa döndərib düşmənin başına qəzəblə çırpdı.
Azərbaycan əsgəri 44 günlük zəfər yoluna Ali Baş Komandanın “Qarabağ Azərbaycandır! Şüarı ilə çıxdı.Bu şüarın sədaları altında Suqovşan,Cəbrayıl,Füzuli,Zəngilan,Qubadlı,Şuşa bir-birinin ardınca düşməndən təmizləndi.
Aparılan əməliyyatın ilk günündə Füzuli rayonun Qaraxanbəyli,Qərvənd,Horadiz,Yuxarı Əbdülrəhmanlı,Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad olundu.Növbəti istiqamət Füzuli əməliyyatı idiki,bu Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri idi.Düşmənin bu istiqamətdə bir neçə müdafiə istehkamı qurması bu əməliyyatı biraz ləngidirdi.Düşməndə dərk edirdi ki,Füzuli istiqamətində cəbhənin yarılması onların məhvinə gedən bir yol olacaq.Aparılan uğurlu taktiki həmlə nəticəsində ordumuz Füzuli istiqamətindən yan keçib ətrafındakı əraziləri azad edərək strateji mövqelərə sahib olduqdan sonra Füzuli şəhərinin bir addımlığında dayandı.Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır.Düşmən xeyli sayda canlı qüvvə və texnika itkisi verərək mövqelərini arxalarına baxmadan atıb qaçmağa məcbur qalır.Nəticədə Füzuli rayonun Qoçəhmədli,Çimən,Musabəyli,Pirəhmədli,Dədəli,İşıqlı,Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.Əməliyyat nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi polkovnik Aşot Qazaryan məhv edilmişdir.
2020-ci il 27 sentyabr 10 noyabr bu tarix yaddaşlara həkk olundu.Bir yumruq olaraq birləşən xalqımız bu şanlı tarixi qələbəni tarixin səhifələrinə şəhidlərinin,qazilərinin qanı ilə yazdı.
Torpaq uğrunda ölən varsa Vətəndir.
Yaşasın Azərbaycan,Yaşasın Müzəffər Ordumuz.
Qarabağ Azərbaycandır!
Vüqar Qələşov,
Vətən Müharibəsi iştirakçısı,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər