Prezident İlham Əliyevin Gürcüstana rəsmi səfəri Cənubi Qafqazda formalaşan yeni siyasi və iqtisadi mühütün fonunda çox əlverişli səfər kimi qəbul edilir

2022-10-27 Baxış: 434
img
Azərbaycan və Gürcüstan arasında mövcud iqtisadi və siyasi əlaqələr istər Sovetlər dönəmində, istərsə də müstəqillik qazandıqdan sonra daim mehriban qonşuluq və dostluq şəraitində inkişaf etmiş və bu günkü günümüzə qədər gəlib çıxmışdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışından sonra hər iki region dövlətləri arasında mövcud olan Ulu Öndər tərəfindən inkişaf etdirilən dostluq münasibətləri bu gün də Ölkə Başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu siyasi kurs sayəsində davam etdirilir və bu dostluq, əməkdaşlıq münasibətləri hər ötən gün daha möhkəm bağlarla möhkəmlənərək inkişaf edir. Müstəqilliyimizi yenidən bərpa etdikdən sonrakı dövrü götürsək, 30 illik bir tarixə malik Azərbaycan-Gürcüstan münasibətləri ortaq strateji maraqlara əsaslanır. Münasibətlərimizin inkişafı yeni-yeni iqtisadi-ticari layihələr qəbul edilir, müqavilələr bağlanır. Bu gün nəzərə alsaq ki, Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıqlar formalaşıb, bu baxımdan mövcud münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması üçün hər iki dövlət tərəfindən əhəmiyyətli təşəbbüslər irəli sürülür və bunun üçün böyük siyasi iradə və istək nümayiş etdirilir. Bu prizmadan yanaşdıqda oktyabr ayının 24-də cənab Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri çox əhəmiyyətli və məhsuldar səfər kimi qiymətləndirilir. Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasından mövcud iqtisadi və siyasi münasibətlər artıq strateji baxımdan müttəfiqlik səviyyəsinə yüksəlib. Əlbəttə ki, bu da öz növbəsində Cənubi Qafqaz regionunda təhlükəsiz həyatın və əbədi sülhün təminatında bir qarantdır. Bir məsələni də xüsusi vurğulayaq ki, Azərbaycan və Gürcüstan beynəlxalq müstəvidə daim bir-birilərinin dəstəkləyir. Bu gün Gürcüstanda Azərbaycan sərmayəsi ilə həyata keçirilən layihələr iki tərəfli qarşılıqlı əməkdaşlığa çox böyük töhfələr verir və bu münasibətləri gücləndirir. Gürcüstan, belə demək mümkündürsə Azərbaycan kimi güclü iqtisadiyyatı, zəngin karbohidrogen ehtiyatları olan dövlətlə qonşu olmaqla şanslı ölkədir. Bu gün Azərbaycanın həm də etibarlı tərəfdaş kimi qəbul edilməsi qeyd edilənləri təsdiq edir. İnanırıq ki, hər iki ölkə arasında olan münasibətlər bundan sonra da inkişaf edəcək, tarixən və coğrafi baxımdan yaxın olan ölkələrimiz regional münasibətlərin formalaşmasında bundan sonra da əhəmiyyətli rol oynayacaqlar.
İdris Xammədov;
Neftçala rayon sakini, Vətən Müharibəsi iştirakçısı