Gürcüstanla Azərbaycan arasında yükdaşımalar 75 faiz artıb
Bu gün strateji tərəfdaşlıq əlaqələrimiz
müttəfiqlik səviyyəsinə yüksəlib. Beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli
formatda həyata keçirilən bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün
deyil, bölgə üçün, bütün Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Dünyada Xəzər üzərindən
Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük
ehtiyac vardır. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır,
həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir.
Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona
çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə Orta Asiyadan və bütövlükdə
Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin
artırılması artıq yeni reallıq yaradır. Tranzit ölkə olmaq üçün isə mütləq
qonşularla yaxşı münasibətlərin olmalıdır.
Buna görə də Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini
15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.
Azərbaycan və Gürcüstan arasında regional əhəmiyyətə malik olan əməkdaşlıq
genişlənməkdədir. Bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün
deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Gürcüstanla
Azərbaycan arasında yükdaşımaların həcmi bu il 75 faiz artıb. Bakı-Tbilisi-Qars
dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırılması nəzərdə tutulub.
Bu məqsədlə bu il və gələn il bu layihəyə Azərbaycan tərəfindən əlavə sərmayə
qoyulacaqdır.
Bu gün Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq niyyətindədir. Bu
il 22 milyard kubmetr ixrac nəzərdə tutulub, gələn il daha da artacaq. Bu ilin
iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində
strateji tərəfdaşlığa dair Memorandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan
Avropaya qaz ixracını iki dəfə artıracaq. Planlaşdırılır ki,2027-ci ildə Azərbaycanın
təkcə Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatacaq. Eyni zamanda, gələn il
Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə də ixrac artırılacaqdır. Bütün bunlar
dövlətlərimiz arasında iqtisadi və digər sahələrdə əlaqələrin daha da genişlənməsinə
imkan yaradır.
Hazırda isə enerji resurslarına dünyada və Avropada böyük tələbat olduğu üçün
Gürcüstanla Azərbaycan arasında əlaqələrin güclənməsi hər iki dövlətin milli
maraqlarına xidmət edəcəkdir.
Digər xəbərlər