Azərbaycan hər zaman Beynəlxalq hüquq və normalara sadiqdir.
Hazırda regionda
və dünyada baş verən əsas iqtisadi, siyasi, mədəni hadisə və proseslərdə Azərbaycan
dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirir və mənafelərini qoruyur.
Respublikamızda həyata keçirilən demokratik islahatlar və iqtisadi dəyişikliklər,
fəal xarici siyasət bu gün dünyanın ən qüdrətli dövlətlərinin, nüfuzlu təşkilat
və qurumlarının diqqətini Azərbaycana yönəltmiş, beynəlxalq hüquq normalarına
uyğun qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına və inkişafına əlverişli zəmin
yaratmışdır. Və bu münasibətlərdə Azərbaycan hər zaman həm beynəlxaq hüquq
normalarını diqqətdə saxlamış, onlara əməl etmiş və digərlərini də buna dəvət
etmişdir. Lakin təəssüf ki, beynəlxalq münasibətlər zamanı heç də bütün dövlətlər
və Beynəlxalq təşkilatlar bu normalara əməl etmirlər. Bu məsuliyyətsizlikdən də
hər zaman biz bir dövlət kimi əziyyət çəkmişik. Təsadüfi deyil ki, Azərbaycan
dövləti öz işğal altında olan toroaqlarını sülh yolu ilə, Beynəlxalq Təşkilatların
vasitəsilə uzun müddət geri qaytarmaq üçün mücadilə versə də bu mümkün olmadı.
Əslində biz bunu bilirdik, lakin səbr nümayiş etdirib bunu bütün dünyaya da
göstərmək lazım idi. Beynəlxalq təşkilatların və vasitəçi dövlətlərin ikili
standartlardan yanaşması səbəbindən danışıqlar prosesi heç bir nəticə vermədiyi
üçün Azərbaycan dövləti məcbur qalaraq hərb yolu ilə torpaqlarını işğaldan azad
etmək yolunu seçdi və bunu bacardıda. 44 gün ərzində Azərbaycan dövləti BMT-
nin qətnamələrini yerinə yetirdi. Müharibə dövründə və ondan sonrakı dövrdə də
Ermənistan hökuməti beynəlxalq məsuliyyətsizliyini nümayiş etdirdi. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev müharibənin gedişində 2020-ci il
oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsi zamanı
dab u məsələləri qabardaraq demişdi ki, “Azərbaycan xalqı öz haqq müharibəsini
aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı
heç kəs döndərə bilməz. Tarixi ədalətin, beynəlxalq hüququn və ərazi
bütövlüyünün bərpa olunması uğrunda savaş aparan Azərbaycan xalqı mütləq olaraq
Qarabağa uşaqların xoşbəxt və sevincli gülüşün səsini qaytaracaqdır.
İşğaldan azad olunacaq bütün torpaqlarda həyat bərpa olunacaqdır. Lazımi
infrastruktur yaradılacaq və normal həyat yaşanacaqdır.
Cənab Prezident haqlı olaraq dəfələrlə qeyd etmişdir ki, nə BMT, nə də digər beynəlxalq
təşkilatlar məsələnin həlli ilə bağlı effektif heç bir addım atmayıb. Yalnız
danışıqlar və turistik gediş-gəlişlərin şahidi olmuşuq. O, BMT-nin və digər təşkilatların
verdiyi qərarların yalnız kağız üzərində qaldığını bildirib. Cənab Prezident əslində
BMT-nin icra etməli olduğu qərarların Azərbaycanın özü tərəfindən yerinə
yetirildiyini bütün tribunalardan deyib. Cənab Prezident müharibə və ondan
sonrakı dönəmdə bəzi dövlətlər tərəfindən təzyiqlərin olmasına baxmayaraq bundan
sonra da Azərbaycanın beynəlxalq prinsip və normalara sadiq qalacağını və bu
istiqamətdə işləri davam etdirəcəyini dəfələrlə qeyd edib. Son günlərdə Soçi səfəri zamanı da cənab
prezidentimiz eyni mövqeyi sərgiləmişdir. O, münasibətlərin normallaşması prosesinə
münasibət bildirərkən qeyd etmişdir ki, “Azərbaycan nisbətən
yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin
normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq
hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya
nail olmaq mümkündür”.
Vüqar Dadaşov,
YAP Neftçala rayon təşkilatının
sədr müavini
Digər xəbərlər