Ermənistan işgal zamanı bizim ərazilərimizdə bir milyondan çox mina basdırıb
Ermənistan tərəfi 30 illik işğal dövründə
azərbaycanlıların öz doğma torpaqlarına geri dönəcəklərinə əmin olduqları üçün
bu əraziləri darmadağın etməklə yanaşı, həm də mina ilə çirklənmiş zonaya
çeviriblər. Son iki ildə də düşmənin mina terroru davam edib. Minaların
mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin
həmin ərazilərə geri qayıtmasına da maneə törədir, ümumilikdə bərpa və inkişaf
prosesini əhəmiyyətli dərəcədə ləngidir. Düşmən tərəfindən həmin ərazilərdə
milyonlarla mina basdırılıb. 10 noyabr razılaşması ilə döyüş əməliyyatları
dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm mülki insanlarımız mina
partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar. Ermənistanın
basdırdığı piyada əleyhinə minaların kütləviliyi və sahələrin böyük miqyası
düşmən tərəfindən həyata keçirilən "mina terroru"nun təzahürüdür.
Mina xəritələri və minalardan təmizlənmə
prosesi Azərbaycan üçün öz aktuallığını qorumaqdadır. Azərbaycanın işğal
altında olmuş və rəşadətli ordumuz tərəfindən azad edilmiş ərazilərinin böyük
hissəsi ermənilər tərəfindən minalanıb. Xidməti vəzifəsini yerinə yetirərkən
minaya düşərək şəhid olan hərbçilərin sayı da az deyil. Baş verən hadisələr
bütövlükdə erməni terrorizminin əsas göstəricilərindən biri olduğunu sübut
edir. Bu, o deməkdir ki, Ermənistan özünün terrorçu mahiyyətindən əl çəkmir.
Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün “Böyük Qayıdış” proqramının icrasına başlanılıb. İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni imkanlar açır. Azərbaycan Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir və dəhlizlə bağlı öz ərazisində genişmiqyaslı fəaliyyət həyata keçirir. Zəngəzur dəhlizinin açılmasından bütün region ölkələri faydalanacaq.
Cavad Mirzəyev
YAP Neftçala rayon təşkilatının məsləhətçisi
Digər xəbərlər