Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz.
2022-12-01
Baxış: 395
“Dünən
Hikmət Hacıyev mənə məlumat verdi ki, Prezident Şarl Mişelin ofisindən onunla əlaqə
saxlayıblar. Bildiriblər ki, Paşinyan görüşə bir şərtlə razılıq verib ki,
Prezident Makron da orada iştirak etsin. Təbii, bu da o deməkdir ki, Praqadan
sonra baş verənlər səbəbindən o görüş keçirilməyəcək.”- Bu fikirləri cənab
İlham Əliyev Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca:
geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.
Nəticələrə
nəzər salsaq görərik ki, Praqa görüşünün
nəticəsi bizim üçün uğurlu oldu, çünki bu görüşün yekun bəyanatında Ermənistan Azərbaycanın suverenliyini və ərazi
bütövlüyünü tanıdı. Lakin sonrakı proseslər heç də ürəkaçan olmadı. Belə ki,
Praqa görüşündən sonra Makron öz müsahibəsində Azərbaycana qarşı ədalətsiz
mövqe nümayiş etdirərək, absurd bir şəkildə bizi günahlandırdı. Daha sonra
Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici qətnaməsi qəbul olundu.
Fransa növbəti dəfə Frankofoniya Sammitində
bizə qarşı hücum etdi. Frankofoniya kimi
humanitar təsisatın sammitində Azərbaycana
qarşı ədalətsiz qətnamə qəbul etdirmək fikrinə düşdülər. Lakin bizə dost olan
ölkələrin səyi nəticəsində bu qətnamə ləgv edildi. Bu günlərdə Fransa Milli
Assambleyası daha bir anti-Azərbaycan qətnaməsi qəbul etdi. Bütün bunları nəzərə
alsaq, aydın olur ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan
arasında sülh danışıqlarında iştirak edə bilməz. Fransanın hazırda həyata
keçirdiyi siyasət, addığı addımlar, bəyanatları sülh prosesi üçün ən böyük təhlükədir.
Azərbaycan prezidentinin bu mesajı verməsi heç də sülh danışıqlarından yayınma
kimi qiymətləndirilmir, cənab İlham Əliyev kimi özünə və xalqına böyük hörmət
edən bir siyasətçi tamamilə düzgün davranış nümayiş etdirmişdir.
Gülnar Hüseynova,
YAP
Neftçala rayon təşkilatı
Bankə
qəsəbə Ərazi partiya təşkilatının fəal üzvü
Digər xəbərlər
2021-11-04
2023-04-18