Siyasi həmrəyliyin təzahürü olan bəyanatlar.
Bu gün
bizim üçün əlamətdar günlərdən biridir. Düz iki il əvvəl 2020-ci ilin 10 dekabr
günü Azərbaycan böyük təntənə ilə Zəfər paradını keçirdi. Bu Zəfər paradı həm
də düşmənin alçaldıcı məğlubiyyətinin tərənnümü idi. Bakıda Paradın keçirilməsi
dostlara fəxarət, düşmənlərə göz dağı idi. Azərbaycanın 44 günlük müharibədə
qalib gəlməsi və 30 ilə yaxın işğal altında olan torpaqlarını azad etməsi çox
mühüm tarixi hadisə idi və bu tarixi hadisənin bir çox əsasları var idi.
Bunlardan biri də Azərbaycanda yaranmış siyasi həmrəylik idi.2020- ci ilin
Tovuz hadisələrindən sonra Ermənistanın
Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində
törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə
dair bəyanatı qəbul olundu. Bəyanatı 43 partiya imzalamışdı.
Bəyanatda deyilirdi:
“İyul ayının 12-də Ermənistan hərbi qüvvələri dövlət sərhədinin Tovuz rayonu
istiqamətində Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərinə qəfildən və
xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmişdir. Azərbaycan
Ordusunun təxirəsalınmaz və adekvat tədbirləri nəticəsində erməni tərəfinin
hücumunun qarşısı qətiyyətlə alınmış, düşmənə layiqli cavab verilib. Erməni
tərəfi ciddi itkilər verərək geri oturmağa məcbur edilib. Erməni hərbiçiləri iyul
ayının 13-də və 14-də də döyüşləri davam etdirib, habelə Ermənistan-Azərbaycan
sərhədlərinin digər istiqamətlərində təxribatlar törətməyə cəhdlər göstərib.
Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş
imkanları sarsıdılıb, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib.
Düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz də təəssüf ki, itkilərə məruz
qalıb. Lakin onların qısası yerdə qalmayıb. Şanlı hərbçilərimizin ölümünə bais
olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını alıblar. Allah
şəhidlərimizə rəhmət etsin!
Qeyd etmək
lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq
olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında
vaxtaşırı qanlı təxribatlar törətməsi pis adət halını alıb. Erməni rəhbərliyi
birinci dəfə deyil ki, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz
qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi
təxribatlar törətməklə yaxa qurtarmağa çalışır. Ağır epidemioloji vəziyyətdən
və sosial iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün
Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü
siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq
da olsa fərqlənmədiyinin göstəricisidir.
Azərbaycanın
davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın
uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin
mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq
Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni
siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl
atmağa vadar edən digər səbəblərdir.
Növbəti erməni
təxribatının münaqişə zonası olan Dağlıq Qarabağ bölgəsindən kənar sərhəd
zonasında baş verməsi təsadüfi deyil və onu törədənlərin məkrli və çirkin
niyyətlərindən xəbər verir. İnsan tələfatları ilə müşayiət olunan, bölgədə
gərginliyin, qarşıdurmanın və müharibə təhlükəsinin artmasını birbaşa hədəfə
alan erməni təxribatlarının cilovlanması üçün dünya birliyinin, beynəlxalq
təşkilatların, ələlxüsus vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in
Minsk qrupunun səsini ucaltmasının, təcavüzkarın yerində oturdulması üçün ən təsirli
addımlar atmasının vaxtı çoxdan çatıb. Dünya nəhayət ki, erməni təxribatlarının
və bu təxribatların arxasında duran Ermənistanın siyasi hakimiyyətinin artıq
neçə illərdir bölgədə sülh və sabitliyə ən böyük təhlükəyə çevrildiyinin
fərqində olmalıdır.
Biz, Azərbaycanın
siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi
bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni
fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi
siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan
edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini
qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan
Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm
Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin
şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə
hazır olan müsəlləh əsgərik.
1. Yeni
Azərbaycan Partiyası - Əli Əhmədov
2. AĞ Partiya -
Tural Abbaslı
3. Ana Vətən
Partiyası - Fəzail Ağamalı
4. Aydınlar
Partiyası - Qulamhüseyn Əlibəyli
5. Azadlıq
Partiyası - Əhməd Orucov
6. Azərbaycan
Azad Respublikaçılar Partiyası - Kamil Seyidov
7. Azərbaycan
Demokrat Partiyası - Sərdar Cəlaloğlu
8. Azərbaycan
Demokratik Maarifçilik Partiyası - Elşən Musayev
9. Azərbaycan
Xalq Demokratik Partiyası - Rafiq Turabxan
10. Azərbaycan
Kommunist Partiyası - Hacı Hacıyev
11. Azərbaycan
Liberal Demokrat Partiyası - Fuad Əliyev
12. Azərbaycan
Milli Demokrat Partiyası - Tufan Kərimov
13. Azərbaycan
Milli İstiqlal Partiyası - Arzuxan Əlizadə
14. Azərbaycan
Mübarizləri Partiyası - Ağadur Müslümov
15. Azərbaycan
Naminə Alyans Partiyası - Abutalıb Səmədov
16. Azərbaycan
Respublikaçılar Partiyası - Sübut Əsədov
17. Azərbaycan
Sosial Demokrat Partiyası - Araz Əlizadə
18. Azərbaycan
Sosial Rifah Partiyası - Əsli Kazımova
19. Azərbaycan
Təkamül Partiyası - Teyyub Əliyev
20. Azərbaycan
Ümid Partiyası - İqbal Ağa-zadə
21. Azərbaycan
Yurddaş Partiyası - Mais Səfərli
22. Birlik
Partiyası - Xudadat Xudiyev
23. Böyük
Azərbaycan Partiyası - Elşad Musayev
24. Böyük Quruluş
Partiyası - Fazil Mustafa
25. Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyası - Qüdrət Həsənquliyev
26. Cümhuriyyət
Xalq Partiyası - Bədrəddin Quliyev
27. Demokratik
Azərbaycan Dünyası Partiyası - Əlisahib Hüseynov
28. Demokratik
İslahatlar Partiyası - Asim Mollazadə
29. Ədalət
Partiyası - İlyas İsmayılov
30. Gələcək
Azərbaycan Partiyası - Ağasif Şakiroğlu
31. Klassik Xalq
Cəbhəsi Partiyası - Mirmahmud Fəttayev
32. Qorqud
Partiyası - Firudin Kərimov
33. Milli
Demokrat İdrak Partiyası - Osman Əfəndiyev
34. Milli
Dirçəliş Hərəkatı Partiyası - Fərəc Quliyev
35. Milli Konqres
Partiyası - İxtiyar Şirinov
36. Milli Vəhdət
Partiyası - Yunus Oğuz
37. Müasir Müsavat
Partiyası - Hafiz Hacıyev
38. Müstəqil Xalq
Partiyası - Əflan İbrahimov
39. Vahid
Azərbaycan Milli Birlik Partiyası - Hacıbaba Əzimov
40. Vəhdət
Partiyası - Tahir Kərimli
41. Vətəndaş
Birliyi Partiyası - Sabir Hacıyev
42. Vətəndaş
Həmrəyliyi Partiyası - Sabir Rüstəmxanlı
43. Yeni Zaman
Partiyası - Musa Ağayev”.
YAP Neftçala
rayon təşkilatının fəal üzvü
Digər xəbərlər