Erməni cinayətlərinin beynəlxalq etirafı
Həm birinci, həm də İkinci Qarabağ
müharibəsi zamanı ermənilərin beynəlxalq hüququn normalarını pozması,
Azərbaycana qarşı bir çox cinayətlər törətməsi hər kəsə məlumdur. Buraya mülki
əhalinin atəşə tutulması, soyqırımı hadisələri, qadağan olunmuş silahlardan
istifadə və digər cinayətlər daxildir. Təəssüflə onu da qeyd etmək lazımdır ki,
beynəlxalq qurumlar bu günə kimi bu cinayətlərə hüquqi qiymət vermək üçün heç
bir ciddi addım atmayıb. Bu isə ermənilərdə arxayınlıq yaradıb, onları yeni
cinayətlərə sövq edib. Nəticə isə göz qabağındadır. Artıq ermənilər özləri də
bu cinayətləri etiraf etməyə başlayıblar.
ATƏT,
BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası
Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və
qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni
iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə
alınıb.Üç ölkə liderlərinin imzaladığı 10
noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə
yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də
Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan
həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə
olunur, 9-cu bəndinə zidd olaraq bölgədə bütün nəqliyyat kommunikasiya
yollarının açılmasına maneçilik törədilir.
Azərbaycan
məsuliyyətli ölkədir. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni
sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.
Rus
sülhməramlı qoşunlarının nəzarətində olan ərazidə cəmi 30-35 min insan yaşayır.
Onların böyük hissəsi isə hərbi qulluqçulardır.
Azərbaycan
fəalların sülh aksiyası Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır.
Azərbaycanın işğaldan azad olunmuş
Kəlbəcər rayonunda ikisi media əməkaşı olmaqla, üç nəfər mülki şəxsin həlak
olması və bir neçə mülki şəxsin yaralanması ilə nəticələnən ən son mina
partlayışından dərhal sonra Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun
Qumaşyan mətbuata verdiyi müsahibədə şəxsən və onun əsgərlərinin iştirakı ilə
Laçın və Kəlbəcər rayonları ərazilərinə 17 yük maşını minanın basdırıldığı
etiraf edilib. Onun bu etirafları bir daha Ermənistanın siyasi və hərbi
rəhbərliyi tərəfindən törədilmiş müharibə cinayətlərini sübut edir.
Əlizadə Elvin
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilat sədri
Digər xəbərlər