Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.
“Azərbaycan 18 yük təyyarəsi
ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.
Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə
tutulmuşdur.”- bunu dekabrın 14-də Türkmənbaşı
şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmənistan Prezidenti
Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşündə Preziden İlham Əliyev
bildirib.
Azərbaycan son illər ərzində nümayiş etdirdiyi
yüksək inkişaf tempi ilə yerləşdiyi regionda lider dövlətə çevrilməklə yanaşı,
dünya dövlətləri arasında söz, nüfuz sahibidir. Dinamik inkişafda olan ölkəmiz
dünya miqyasında iqtisadi böhranların, ictimai-siyasi problemlərin mövcud
olduğu şəraitdə inkişaf tempini qoruyub saxlayır. Bu inkişaf göstəriciləri
ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Belə ki,
ökəmizdə bütün sahələrdə olduğu kimi mülki aviasiya sahəsindən də sürətli
inkişaf yan ötməyib. Cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın
mülki aviasiyası özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Sərnişin
və yük daşımalarının günün tələbləri səviyyəsinə çatdırılması üçün təyyarə və
helikopter parkı yenilənmişdir. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı
fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli və
Zəngilan hava limanlarının açılışı
olmuşdur. İşğaldan azad olunmuş Laçında
ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə
tutulub. Tikintisi 2005-ci ildə başa çatdırılan Bakı Yük Terminalı (BYT)
Bakı şəhərini qərbdən şərqə və şimaldan cənuba
hərəkət edən yüklər üçün yükboşaltma məntəqəsinə çevirmişdir. Bu gün Azərbaycan
mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya təşkilatının standartlarına
uyğundur. Mülki aviasiya sahəsində Azərbaycan artıq özünü
təsdiqləyən bir ölkədir. İnanırıq ki, uğurlu keçmişi, inkişaf etmiş bu günü
olan milli aviasiyanın gələcəyi daha da parlaq olacaq.
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Digər xəbərlər