Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur.
2022-12-20
Baxış: 330
Rusiya
Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan
ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji
vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan dövlət
qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik
törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və
ekoloqların etiraz aksiyası təşkil olunub. Əsas tələb budur ki, Azərbaycanın
sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı,
bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi
əsasında həyata keçirilməlidir.Vətəndaş cəmiyyəti nümayəndələrinin və
ekoloqların etiraz aksiyası obyektiv xarakter daşıyır. Çünki ortada bir səbəb
və ona uyğun da xoşagəlməz nəticə var. Bu səbəbdən də Azərbaycanın vətəndaş
cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata
keçirdiyi etiraz aksiyasına, vətəndaş cəmiyyətinin nümayiş etdirdiyi mövqeyinə
hörmətlə yanaşılmalıdır. Bu gün Şuşa-Laçın yolunda baş verənlər Azərbaycan
ictimaiyyətinin haqlı narazılığının göstəricisidir.Ermənistan tərəfi yenə də
ənənəsinə uyğun olaraq qeyri-ciddi bəyanatları ilə beynəlxalq
ictimaiyyətin diqqətini yayındırmağa, Azərbaycanı günahkar tərəf kimi təqdim
etməyə çalışır. Guya Laçın yolunu azərbaycanlılar bağlayıb, bölgədə humanitar
fəlakət yaşanır, etnik təmizlənmə həyata keçirilir. Bütün bu iddialar böhtan
xarakterlidir. Reallıq budur ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri
oğurlanan, talan edilən təbii sərvətlərimizin daşınmasının qarşısının
alınmasını, haqqın, ədalətin bərpasını tələb edir və bu tələbləri
yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bildirirlər. Ermənilərin
apardıqları qərəzli, böhtan xarakterli təbliğatın əksinə olaraq reallıq ondan
ibarətdir ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya
Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Ermənistan
hökuməti Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər
Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hələ də davam etdiyinin
göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın
ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi
öhdəliklərə ziddir.Azərbaycan məsuliyyətli ölkədir və ərazilərimizdə yaşayan
bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır.
Ermənistanın narahatlığı və siyasi təxribatları isə yalnız bir məqsədə xidmət
edir. Ermənistan anlamalıdır ki, öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə
beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər
Ermənistan Respublikası üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların
qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən
hüquqi tədbirlər görülür. Eləcə də Azərbaycan əraziləri daxilində baş verən
hadisələrə verdiyi şərhlər Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının hələ
də davam etdiyinin göstəricisidir.Ermənistan öz qeyri-qanuni iqtisadi
fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu
cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. ATƏT, BMT-nin
İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament
Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal
dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və
təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bu kimi faktların
əksini tapdığı qətnamələr və hesabatlar saysızdır. Əsas olan onların kağız
üzərində olması deyil, icrasıdır. Azərbaycanın dünyadan 28 il icrasını
gözlədiyi BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına həyata
keçirməsi gücümüzün, qüdrətimizin təsdiqi olmaqla yanaşı, haqqın. ədalətin
gec-tez qalib gəldiyinin nümayişi oldu.
Məmmədova Aynurə,
YAP Neftçala rayon təşkilatı
Ərazi partiya təşkilatının sədr müavini
Digər xəbərlər
2021-11-04
2023-04-18