İRADƏNİ GÜCLƏNDİRƏN DƏSTƏK – XALQ ÖZ PREZİDENTİNƏ İNANIR!
İnsanın seçdiyi,
inamla getmək istədiyi yolda ayaqlarını torpaq üzərində möhkəm saxlayan nədir?
Nədir onu gələcək fəaliyyətinin uğurla gerçəkləşəcəyinə, nəticələnəciyinə
inandıran qüvvə? Məncə, bu yalnız və yalnız insanın ətrafında olan səmimiyyət
dolu baxışlardır, ona zillənən inam dolu gözlərin işığıdır ki, necə
olursa-olsun bu inamı təsdiqləmək, doğrultmaq istəyi heç bir çətinliyə baxmadan
insanı dözümlü edir. Üzərinə düşən məsuliyyətin ağırlığını çəkməyə, çəkdikcə
bir daha qarşısına çıxan müdriklik məktəbini pillə-pillə keçməyə səsləyir. Müstəqil
Azərbaycanımızın qarış-qarış böyüməsinə, boy atmasına, sevənləri ilə yanaşı
sevməyənlərinin də onu qəbul etməsinə zamanla pillə-pillə yaxınlaşan, tanıyan
Müzəffər Sərkərdəmiz, öz düşünülmüş
siyasəti, dərin zəkası, Ulu Öndər Heydər Əliyev məktəbindən qazandığı təcrübə
ilə irəliləyir. İrəlilədikcə də düşmənlərni öz bacarığı ilə geridə qoyur.
Humanist, multikultural, tolerant dəyərlərinin bəhrəsi nə qədər səmimiyyət dolu olsa da, sevməyənlər
daim saxtakarlıqlar arayırlar,
uydurduqları saxtakarlıqda da özləri boğulurlar. 44 gün davam edən, 28 illik
ağrılarımızın məlhəmi, səbrimizin ən qiymətli dəyəri olan zəfərimiz, xalqımızın
ölkə rəhbəri əhatəsində sıx birliyinin, məhz bizi sevməyənlərə ən layiqli
cavabı, tanımaq istəməyənlərə isə dərs
oldu. Cənab prezidentimiz İlham Əliyev məhz belə keşməkeşli bir ömür daşıyıb və
bu gün də şərəflə daşımaqdadır. Öz xalqının önündə bütün ağrılarını duyaraq
işıqlı sabahına inamla baxmaq fədakarlıq tələb edir. Çünki bu işıqlı sabah zülmətə
bürünüş xainlərin saxta münasibətlərinin üzərindən adladıqca aydınlanacaqdır.
Qnun yolunda məkrlilər itdikcə, bitdikcə parlayacaqdır.
Asandırmı belə bir yola çxmaq? Əlbəttə ki, xeyr! Heç də, asan deyildir. Bəs nə
üçün insan belə bir yükü daşımağa qalxır? Elə buradan da, biz öz sualımızın
cavabını verə bilirik. Görülən iş, yürüdülən siyasətin nəticəsi az zamanda
görünməz. Ona daha uzaqdan baxdıqca nə qədər məşəqqətli bir yolun başından gəldiyimizi
aydın görürük. Bu yol Ulu Öndər Heydər
Əliyev yolu idi. Onu yarıda qoymaq olmazdı, ləyaqətlə başa çatdıra bilən
oğul isə məhz İlham Əliyev idi. Atalardan yadigar örnək ömür xainlərin, xəbislərin
ikrah yaradacaq məkrlərində dinə bilməzdi. Bu yolun aydınlığını qoruya biləcək,
daşıya biləcək, sədaqətini göstərə biləcək
oğula ehtiyac var idi. Ata vəsiyyətinə etibarla yanaşan, onun yolunu sevərək
davam etdirəcək oğula həvalə edilməli idi. Bəli, bu xalqımızın istəyi idi.
Ağıllı insanlar bilirdi ki, hər kəs vətənsevər ola bilər. Lakin hər kəs bu dəyanəti,
dözümü qoruya bilməz. Bunu yalnız o böyük amalın sədaqətli ardıcılı qətiyyətlə
davam etdirəcəkdir. Məhz 2003-cü ilin 15 oktyabr tarixində Azərbaycan
Respublikasının Prezidentliynə seçkilər keçirilən zaman xalqımız bu uzaqgörənliyə gövəndi, israrla seçim etdi. Bu seçim dövlətimizin,
xalqımzın tarixində zaman ötdükcə nə qədər doğru qərar olduğunu şəksiz göstərdi.
İqtisadiyyatın inkişafı vətənimizin hər guşəsində yüksəlişə, tərəqqiyə təkan
verdi. Bu müddət ərzində ordu quruculuğu da yüksəldi, ordunun təchizatı, mütəxəssis
kadrarla təminatı yüksək səviyyədə həyata keçirildi. Bəzən biz bu ötən zaman əhatəsində
neqativ hadislərin də baş verdiyini izləyirik. Lakin heç bir qüvə bizim əsas
yolumuz üzərində maneə ola bilməz. Ağır daş kimi qarşımıza çıxa bilməz. Bu yol
vətən yoludur, onun inkişafı, tərəqqisi, işıqlanan arzuların təcəlli etdiyi və
edəcəyi yoldur! Biz yolumuzda olan bütün maneələri aradan qaldıraraq irəliləyirik.
Və bu yolda Cənab Prezidentimizi əsl mahir siyasətçi, dövlət xadimi kimi
görürük. Açıq-aşkar qərəzli suallar, müraciətlər, yerinə yetirilməyən öhdəliklər
onun dəmir iradəsini qıra bilmir, bilməyəcəkdir. İnamını, dayağını xalqının səmimi
münasibətindən, rəğbət və sevgisindən alan Cənab Prezidentimiz bu gün də, sabah da yüksələn Azərbaycanımız
üçün qətiyyətli addımlar atacaq, dövlətimizin tərəqqisi üçün əlindən gələni edəcəkdir.
Bütün Avropa, Asiya artıq bunu görməkdədir! 2003-cü ildən bu günə qədər Azərbaycan
bütün dünyanın nəzərində yeni bir ölkə kimi görünməkdədir. Sanki ölkəmizin üzərində
illərlə çəkilməyən kölgələr bir parlaq günəş şüalarından çəkinərək zülmətə çəkilmişdir.
Bu gün vətənimiz dünya ölkələrinin əksəriyyəti ilə səmimi dostluq münasibtlərini
davam etdirməkdədir. Sabitlik işgüzarlığın davamlı olması üçün vacib amidir. Cənab
Prezident bütün qüvvəsilə sabitliyin qornmasına çalışır. Lakin “düşmən kimi” mövqe seçənlər, elə “düşmən
kimi” də məhv ediləcəkdir. Ölkə başçısının qeyd etdiyi kimi: “Bizi bu yoldan heç kim çəkindirə bilməz”. 2003-cü
ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər
Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına
vermişdir. Xalqımız Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına
01.10.2003-cü il tarixli müraciətini bu gün də unutmur. Ulu Öndər xalqa müraciətində
demişdir:: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident
seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O,
yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin
edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da
xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan
dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri
Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm
qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bəli, qurulmuş işi layiqincə davam etdirmək üçün hər zaman doğru seçim ən
vacib qərardır. Bu gün biz minlərlə insanın Azərbaycanın 44 gün ərzində davam
edən və qalibiyyətlə başa çatan qələbəsindən danışdığının şahidi oluruq. Azərbaycan
haqq yolunda, öz ərazi bütövlüyünün qoruması, suveren hüquqlarının müdafiəsi
istiqamətində daim mübarizə aparacaqdır. Bağlanılmış müqavilələr, keçirilən
görüşlər, bütün diplomatiq əlaqələr yalnız sabitliyə, xalqımızın digər millətlərlə
dinc münasibətlərinin tənzimlənməsinə proqnozlaşdırılır. Bu yolda xalqa
arxalanan cənab Ali Baş Komandan deyir: “2003-cü ildən - Prezident vəzifəsinə
ilk dəfə seçiləndən bu günə qədər xalqın dəstəyini hiss edirəm. Bu dəstək mənə
güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız
– bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”. Bütün xalqımız
inanır və güvənir ki, Ulu Öndərin
ideyaları ilə silahlanan, minlərlə şəhidimizin canı, qazilərimizin qanı
ilə bütövləşən yurdumuz bundan sonra da, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara
imza atacaq, gündən-günə çiçəklənəcəkdir. Bu gün işğaldan azad edilən
torpaqlarımızda aparılan quruculuq işləri əziz vətənimizin, Azərbaycanımızın
ağrılarına bir daha məlhəm olaraq daha xoş gələcəyindən xəbər verir.
Bədirə Niftaliyeva,
Neftçala rayon ziyalısı, publisist
Digər xəbərlər