İlham Əliyev Erası-hərtərəfli inkişaf dövrü kimi

2022-12-23 Baxış: 324
img

Azərbaycanın qazandığı böyük uğurları Prezident İlham Əliyev çətinlikləri yararaq, maneələri dəf edərək, möhkəm siyasi iradə, düşünülmüş və məqsədyönlü siyasət nəticəsində əldə etməyə müvəffəq olmuşdur. Bu illər Azərbaycan tarixində müstəqillik mərhələsinin keçid proseslərinin yekunu, yeni inkişafın böyük startı və cəmiyyət həyatının bütün sahələrinin ahəngdar şəkildə hərəkətə gətirilərək böyük addımlarla irəli getməsi dövrüdür. İndi Azərbaycanda elə bir sahə tapmaq olmaz ki, həmin istiqamətdə nəinki tərpəniş, irəliləyiş, sözün əsl mənasında, böyük inkişaf əldə edilməmiş olsun.

Müstəqil Azərbaycanın İlham Əliyev mərhələsi hərtərəfli inkişaf dövrü kimi səciyyələndirilir. Tarixçilər bu  illəri müstəqil Azərbaycanın inkişafının yeni tarixi epoxası hesab edirlər. Onun hakimiyyət dövrü davamlı və dayanıqlı inkişaf illəri kimi səciyyələnir. İlham Əliyev erası - müstəqillik dövrü Azərbaycan tarixinin xüsusi inkişaf mərhələsidir. İlham Əliyev erası - dövlət müstəqilliyi dövrünün çiçəklənən epoxasıdır. Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövr müstəqil dövlətçiliyin özünütəsdiq mərhələsidir. Məhz bu illərdə Azərbaycan Respublikası həm regionda, həm də dünya birliyində özünün siyasi-mənəvi varlığını həmişəlik isbat etmişdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin strategiya kimi müəyyən etdiyi "Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” bəyanatı ideyadan reallığa çevrilmişdir. Artıq Prezident İlham Əliyevin sayəsində Azərbaycan Respublikası dünyada müstəqil siyasət həyata keçirən, hərtərəfli şəkildə inkişaf etmiş, Zəfər qazanmış  və böyük gələcəyi olan bir dövlət kimi bütün səviyyələrdə qəbul olunur.

Müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin idealı, Prezident İlham Əliyevin gerçəkliyidir.

Həcər Dadaşova,

YAP Neftçala rayon təşkilatının fəal üzvü