Bu gün biz artıq Bala Göyçənin sahilindəyik
Qərbi Azərbaycan bizim tarixi
torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir,
bizim tariximiz təsdiqləyir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib.
"Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları,
uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Qərbi
Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir,
tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki,
Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi
yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər,
ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var.
Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha
onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin
adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində
tarix boyu Azərbaycan xalqı yaşayıb. Bu il
başa çatır. İl ərzində bir çox önəmli hadisələr baş vermişdir. Biz
Azərbaycan-Ermənistan sərhədində məcburən hərbi əməliyyat keçirməli olduq. Bu hərbi
əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə
yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu
gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu,
ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən
sığortalayacaq. Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır, - istər
iqtidarda, istər müxalifətdə, - faktiki olaraq bizim üçün fərqi yoxdur. Çünki
Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər
geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan, - mən
siyasi sahəni nəzərdə tuturam, - qalmayıb.Ona görə onlar revanş fikri ilə
yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə
müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın
arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata
keçirəcəklər. Bax, özümüzü bundan sığortalamaq üçün biz mütləq
Azərbaycan-Ermənistan sərhədi istiqamətində daha əlverişli mövqelərə sahib
olmalı idik və buna nail olduq.Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta
Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir.
Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və
Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi,
həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm
təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər
üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra
bilməz" deyə Dövlət başçısı qeyd etmişdir.
Abbasova Səbahi,
YAP Neftçala rayon
təşkilatının fəal üzvü
Digər xəbərlər