Rəsmi İrəvan anlamalıdır ki, sülh müqviləsi qaçılmazdır

2023-01-14 Baxış: 258
img

İkinci Qarabağ müharibəsinin başa çatmasından iki ildən artıq vaxt ötsə də, qalib Azərbaycanla məğlub Ermənistan arasında hələ də sülh sazişinin imzalanmaması yeganə narahatedici məqamdır. 44 günlük savaşda Azərbaycan qarşısında diz çöküb yalvaran Ermənistan indi köhnə xislətini nümayiş etdirərək müqavilə bağlamaq üçün hətta bəzi şərtlər irəli sürür. Ancaq qalib ölkə kimi Azərbaycanın qətiyyətli mövqeyi dəyişməzdir. Sülh müqaviləsi yalnız Azərbaycan Prezidentinin irəli sürdüyü 5 prinsipə uyğun hazırlanmalı və imzalanmalıdır.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. Müsahibəsi zamanı erməni silahlı birləşmələrinin vaxtaşırı atəş açmasından bəh edərək qeyd etmişdir ki, "Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi, eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçün.Rəsmi İrəvan anlamalıdır ki, sülh müqaviləsi qaçılmazdır".

Həmçinin "son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz. Həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi. 3 minə yaxın övladımız şəhid olmuşdur. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi.44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir" deyə dövlət başçısı qeyd etmişdir.

Yerli televiziya kanallarına verdiyi müsahibədə bir daha tərəflər arasında gedən sülh danışıqlarına toxunan Prezident İlham Əliyev həm Ermənistana, həm də onun havadarlarına hərbi-diplomatik dərs keçdi və bəyan etdi ki, hansısa qüvvə, hansısa güc Azərbaycanla təhdid dilində danışa bilməz. İlham Əliyev eyni zamanda ümidvar olduğunu bildirdi ki, 2023-cü ildə bu məsələlərə tamamilə son qoymaq mümkündür. Azərbaycan üçüncü müharibənin baş verməsini istəmir. Ona görə də Ermənistan rəhbərliyi yaxşı-yaxşı düşünüb qərar verməlidir. 

Əlizadə Elvin,

YAP Neftçala rayon təşkilatının fəal üzvü